Qoyunların tələfolma səbəbləri bəlli oldu
15:51 04.03.2017
Arxiv
932
Bir sıra kütləvi informasiya vasitələrində (KİV) Tərtər rayonunun bir neçə yaşayış məntəqəsinin fərdi təsərrüfatında xırdabuynuzlu heyvanlar arasında kütləvi tələfatın olması barədə məlumat yayılıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) baytarlıq mütəxəssislərindən ibarət qrup Tərtər rayonunun yaşayış məntəqələrinə araşdırma və əməli köməklik məqsədi ilə ezam olunub.
DBNX-dan Lent.az-a daxil olan məlumatda bildirilir ki, aparılan araşdırmalar zamanı rayonun təsərrüfatlarında iddia olunduğu kimi 500 baş yox, yanvar ayından bu günə kimi bütün yaşayış məntəqələri üzrə cəmi 97 baş xırdabuynuzlu heyvanın iti fassilyoz (qaraciyər qurdu), diktikaulyoz və digər yoluxmayan terapevtik xəstəliklərdən tələf olması müəyyən edilib.
Eləcə də müəyyən olunub ki, baxım şəraitinin zəif olması xırdabuynuzlu heyvanların tələf olmasına gətirib çıxarıb. Tərtər rayonunda yoluxucu xəstəliklərdən xırdabuynuzlu heyvanların kütləvi tələf olması halları qeydə alınmayıb və epizootik vəziyyət sabit olub.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bəzi KİV-də guya heyvanlara vurulan peyvənd vasitələrinin keyfiyyətsiz olması ucbatından tələfatın baş verməsi barədə dərc edilən xəbərlərə də münasibət bildirib: "Aparılan laboratoriya müayinələrinin nəticəsinə əsasən heyvanların yoluxucu xəstəliklərdən deyil, qurd və digər yoluxmayan terapevtik xəstəliklərdən tələf olması müəyyən edilib. Peyvənd vasitələrinin qurd və digər yoluxmayan terapevtik xəstəliklərlə heç bir əlaqəsi mövcud deyil. Xatırladırıq ki, ölkəmizə dövlət vəsaiti hesabına alınıb gətirilən bütün peyvənd vasitələrinin beynəlxalq keyfiyyət sertifikatları var. Eləcə də bu peyvənd vasitələrinin keyfiyyəti ölkəmizdə laboratoriya şəraitində bir daha yoxlanıldıqdan sonra heyvanlara tətbiq olunur”.
Dövlət Baytarlıq Nəzarəti Xidməti KİV nümayəndələrindən xahiş edir ki, bu kimi məlumatları dərc edərkən Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə əlaqə saxlanılsın, lazımi və obyektiv məlumat əldə etdikdən sonra onun yayımlanması təmin edilsin.
Dövlət Baytarlıq Nəzarəti Xidməti təsərrüfat sahiblərinin bir daha nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktik tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalı və zootexniki normalara uyğun qidalarla təmin edilməlidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya