
Qubada meşədən tapılan 5 yaşlı uşaq 3 gün ac qalıb - FOTOLAR - YENİLƏNİB
08:58 30.08.2017
Arxiv
559

Quba rayonunda meşədə itən azyaşlının tapılmasının təfərrüatları məlum olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivində, itkin düşdüyü yerdən 6 km aralıda tapılıb.
Azyaşlı 3 gün ac qaldığı üçün tapılarkən halsız olub. O, xilasedicilərdən öncə su istəyib. Daha sonra N. Əliyev tibbi müayinədən keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
FHN-in yaydığı məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əsgi İqrıq kəndində meşəlik ərazidə itkin düşmüş Quba rayon sakini 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu bu gün saat 09:45-də xilasedicilər tərəfindən tapılıb.
Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib.
N. Əliyevin axtarışlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri iştirak edib.
***
10:05
Qubada meşədə itkin düşən azyaşlı tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, meşədə tapılan azyaşlının vəziyyəti normaldır.
**
17:30
Quba rayonunda itkin düşən azyaşlının axtarışları davam etdirilir.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, avqustun 28-də Quba rayonunun Əski İqrıq kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Quba rayon Polis Şöbəsinin, Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri və kənd sakinləri cəlb olunub.
Quba rayon Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, axtarışlara xüsusi təlim görən itlər də cəlb edilib.
Uşağın atası Namiq Əliyev bildirib ki, oğlu avqustun 28-də, təxminən 17.00 radələrində itkin düşüb. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxıb. Onun kameralara düşən son görüntüsündən meşə istiqamətinə hərəkət etdiyi görünür.
Hazırda axtarışlar davam etdirilir.
**
12:30
Fövqəladə Hallar Nazirliyi Qubada azyaşlının itkin düşməsi faktı ilə bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əski İqrıq kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşüb. Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Hələlik axtarış işləri nəticə verməyib. Əlavə məlumat veriləcək.
**
09:57
Quba rayonunda 5 yaşlı oğlan itkin düşüb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Əliyev Natiq Namiq oğlu ötən gün axşam saatlarında rayonun Əski İqrıq kəndi ərazisində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itib. Azyaşlını tapmaq mümkün olmayıb.
Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, axtarışlar davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin əməkdaşları da cəlb olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq