Qubada zibillikdən 4 aylıq döl tapılıb




Quba rayonunda zibillikdən 4 aylıq döl tapılıb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, fakt rayonun Zərdabi qəsəbəsində qeydə alınıb. Sakinlər qəsəbədə yerləşən məktəbin yaxınlığında yerləşən zibillikdə döl aşkarlayıblar. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hazırda rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Fakt araşdırılır.