Qurtuldu: Körpənin ürəyi bədənindən çöldə vururdu - FOTOLAR

Hələ anasının qarınındaykən "ektopia kordis” diaqnozu qoyulan körpə həkimləri belə çaşdırdı. 

Yaşamaq şansı haradasa sıfır idi, ancaq o hər şeyə baxmayaraq həyatdan yapışmağı bacardı. "Daily Mail”in xəbərinə görə, 31 yaşlı Naomi Findlay 9 həftəlik hamiləykən körpəsinə "ektopia kordis” diaqnozu qoyulub. Körpənin ürəyi bədənindən çöldə vururdu. Findlaya körpəsinin yaşamaq şansı sıfıra yaxın olduğu üçün hamiləliyi sonlandırması təklif edildi, ancaq o kiçik də olsa bir şansı varsa, özünü məcbur etməyə qərar verdi. Möcüzə körpə 50 nəfər həkim, ginekoloq və tibb bacısı qrupunun reallaşdırdığı müvəffəqiyyətli əməliyyatla dünyaya gəldi. Vanellope Hope adlı körpə doğulduqdan sonra 3 fərqli əməliyyat keçirdi, ürəyi içəri yerləşdirildi. Vanellope indi 3 həftəlikdir və hər şeyə rəğmən mücadiləyə davam edir.

"Ektopia kordis” nədir?

Ektopia kordis doğuşdan ürəyin qismən, ya da tamamilə bədənin xaricində olmasıdır. "Ektopia kardis” daha çox qızlarda təsadüf edilir. Səbəbi tam olaraq bilinmir.