Ramin Bayramlının atası oğlunun villasından danışdı
13:26 13.09.2021
Arxiv
558
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun rəhbərlik etdiyi qurumdan istefa verməsi ilə bağlı açıqlama verib.
B.Bayramlı bildirib ki, oğlunun şəxsi işinə qarışmır.
“Özü-özünə bunu məsləhət bilib. Nəticədə öz istəyi ilə ərizəsini yazıb və işdən çıxıb. Heç nəyə də ehtiyac yoxdur. Şükür Allaha, oğlum qabiliyyətli oğlandır, inşallah özünə bir iş də tapar.
Səhərdən axşama kimi işinin başında olurdu. Evi-eşiyi qalmışdı kənarda. Dedim, nəyə görə istefa verdin? Dedi, “Ay ata, vallah nə deyim. Gördüm həqiqətən ətrafda narazılıqlar çoxdur. Buna görə istefa verdim ki, yuxarıdan bunu görsünlər. Mən bu vəzifəyə layiqəm, ya yox. Sonra ləkələnməmiş bu istefanı qərarlaşdırdım. Qoy ləkəsiz işdən çıxım”.
B.Bayramlı R.Bayramlının təzə tikdiyi evlə bağlı yayılan söhbətlərə də aydınlıq gətirib:
“Hardasa 10 il bundan əvvəl oğlum öz zəhməti ilə 4 sot torpaq almışdı. İndi istəyirdik ki, özünə yurd yeri düzəltsin. Çünki, Ramin hələ də mənim həyətimdə yaşayır. Yaşadığı mənzili də vaxtı ilə öz zəhmətimlə düzəltmişdim. İndi də deyirdik ki, artıq özünə ayrı bir şərait düzəldib, yaşasın. Sonra da gördük mediada Raminin villası ilə bağlı xəbərlər dərc edilir. Bu məsələdə haqsız yerə onun adını hallandırırlar. Gəlib görsünlər ki, bu adamın doğurdan da nəyi var, nəyi yox. Zərrə qədər bir göstərsinlər ki, bu adam dövlət işində rüşvətlə hər hansı bir iş görüb. Əstəğfürullah. İnanın ki, belə bir hal ola bilməz. Özümdə olmayıb, onda da ola bilməz”.
Qeyd edək ki, R.Bayramlı öz ərizəsiylə vəzifəsindən azad edilib.
Oxu.Az xatırladır ki, ötən ay mətbuatda R.Bayramlının villa tikdirməsi barədə məlumat yayılmış, TƏBİB isə açıqlama yayaraq dərc olunan məlumatların həqiqəti əks etdirmədiyini bildirmişdi:
“Heç bir ciddi fakta, sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayırıq. Həmin məlumatı təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik”.
Mənbə: Qaynarinfo
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol