Ramin Hacılı siyasi fəaliyyətinə son verdi və “Ümid" partiyasından ayrıldı
11:04 06.07.2017
Arxiv
429
Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri Ramin Hacılı "Ümid" Partiyası sıralarından ayrılır.
Sherg.az xəbər verir ki, bu barədə R.Hacılının özü bəyanat yayıb. Bəyanatda deyilir: "2014-cü ildə siyasi fəaliyyətimi "Ümid” partiyası və "125-lər Siyasi Klubu”nda davam etdirmək qərarına gəldim.
Səbəb Azərbaycanın ictimai və siyasi həyatında nüfuz qazanan insanların bir araya gələrək cəmiyyətə töhvə vermək kimi xoş niyyətlərini dəstəkləmək idi.
Nəticədə mən də 2015-ci ilin parlament seçkilərinə "Ümid” partiyasının və "125-lər klubu”nun namizədi kimi qatıldım.
Bəlli səbəblərdən partiya seçkilərdə uğur qazana bilmədi. Seçkidən sonra hərəkatın bir çox üzvləri prosesdən uzaqlaşdılar. Son 15 ildə ilk dəfə olaraq "Ümid” heç bir nümayəndə ilə Parlamentdə təmsil olunmadı. Bu da partiyaya dövlət büdcəsindən ayrılan vəsaitin kəsilməsi demək idi. Bundan sonra mən də bir çox partiyadaşlarım kimi məvacib ala bilmədim və könüllü olaraq da hər hansısa bir vəsaitdən imtina etdim. 2016-cı ildən bütünlüklə öz işlərimə kökləndiyim üçün də partiyada aktiv ola bilmirəm. Bu gün də eyni vəziyyətdi. Bu, defakto partiyadan çıxmağım deməkdir.
De-yure partiyada qalmağımı mənəvi borc bilirdim. Çünki sədr İqbal Ağazadə ilə dostluq münasibətlərimiz uzun illərə söykənir. "Ümid”in parlamentdə təmsil olunmamasından dərhal sonra partiyadan getmək mənim prinsiplərimə görə doğru olmazdı. Lakin indi artıq fəaliyyətimi beynəlxalq təşkilat olan Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəsi kimi daha aktiv davam etdirmək istəyirəm.
Gücüm və enerjimi bu platformada istifadə edəcəm, Avropada Azərbaycanımızı daha fəal təmsil edəcəm. Hazırda ölkədaxili siysi fəaliyyətimi dayandırır və ictimai fəaliyyətimlə həm daxili, həm də beynəlxalq arenada ölkəmə daha çox töhvə verə biləcyimi düşünürəm. Hesab edirəm ki, Azərbaycanda böyük platform kimi qurulan və beynəlxalq nüfuza malik Azərbaycan Avropa Hərəkatı ilə vətənimizə daha çox xeyir verə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil
ABŞ-İran danışıqların növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
19:20 14.04.2026
Dünya