Rayonlarda toyuqlar qurd xəstəliklərindən tələf olub
21:48 02.03.2016
Arxiv
6616
Baytarlıq Xidməti bölgələrdə ev quşlarının kütləvi tələfatını təkzib edib
Bölgələrdə ev quşları arasında xəstəlik yayılıb. Bu barədə sosial şəbəkədə məlumat verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov insanları tədbirli olmağa çağırıb:
"Dostlar, toyuq əti alarkən ehtiyatlı olun. Bölgələrdə toyuq və hinduşqalar arasında xəstəliklər geniş yayılıb. Xəstə ev quşlarının kəsilərək satışa çıxarılması haqda məlumatlar var”.
"Şərq”ə danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə bölgələrdə ev quşlarının xəstəliyə yoluxması və xəstə quşların kəsilib satılması ilə bağlı məlumatları təkzib edib. Onun sözlərinə görə, baytarlıq xidmətinin Ağsu, İsmayıllı və Şamaxı şöbələri ilə əlaqə saxlanılıb: "Mövsümlə və ya qurd xəstəliyi ilə bağlı ev quşlarının tələfatı mümkündür. Lakin kütləvi tələfat baş verməsi və ya xəstəliklərin yayılması barədə məlumat yoxdur”.
Ötən ay mətbuatda Xaçmaz rayonunun Dədəli kəndində ev quşları (xüsusilə toyuq, hind toyuğu və s.) arasında tələfatın qeydə alınması haqqında məlumat yayılmışdı. Bu məsələyə də aydınlıq gətirən Y.Xanvəli quşlardan nümunələr götürüldüyünü və heyvanların askaridoz (qurd) xəstəliyindən tələf olduğunu bildirib: "Biz bu məlumatlara əsasən, Dədəli kəndində və demək olar ki, Xaçmazın bütün kəndlərində xüsusi reydlər apardıq və narahatlığa əsas olmadığı məlum oldu. Hətta həmin təsərrüfat sahiblərinin də xəstə olduğunu dedikləri quşlardan nümunə götürdük və elə orda baytar həkimlərin sayəsində müayinələr apardıq. Müayinə nəticəsində onların öz şahidliyi ilə müəyyən edildi ki, tələf olan quşlarda yoluxucu olmayan qurd xəstəliyi var. Sonradan etiraf etdilər ki, tələfat kütləvi deyil, tək-tək olub”.
Quş əti və məhsulları istehsal edən müəssisələrdə fəaliyyət göstərən laboratoriya mərkəzləri ilə də sıx əlaqə yaratdıqlarını qeyd edən qurum sözçüsü təsərrüfatlarda xəstəliklərə qarşı önləyici tədbirlərin görüldüyünü deyib.
Bununla bərabər, Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, heyvanlarda və quşlarda hər hansı narahatlıq olarsa, vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət edilməsi tövsiyə olunur.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm