REAKSİYA: "Təfəkkür" Universiteti bağlanmayıb,lisenziya müddəti 2020-ci ilədək etibarlıdır"




Son günlər "Təfəkkür" Universitetinin ötən ilin oktyabr ayından fəaliyyətini dayandırmasına dair mediada yer alan yanlış məlumatlara univeristetdən reaksiya verilib. 

Belə ki, bu ali məktəbin mətbuat xidmətindən "Sherg.az"-a bildirilib ki, 7 avqust 2017-ci il tarixində tələbələrin bir ali məktəbdən digərinə köçürülmələri ilə bağlı Təhsil Nazirliyində keçirilən tədbir barədə məlumat yayıldıqdan sonra bəzi media quruluşları heç bir hüquqi əsas olmadan "Təfəkkür" Universitetini keçən ilin oktyabırından fəaliyyəti dayandırılmış bir ali məktəb kimi qələmə veriblər. 

Şübhəsiz ki, bu da öz növbəsində universitetdə təhsil alan tələbələrdə, onların valideynlərində və eləcə də kollektivdə narazılığa səbəb olub. Məsələni araşdırmadan, universitetdən məlumat almadan bu cür əsassız informasiyaların verilməsi bizdə təəssüf və təəcüb doğurur".

Universitetdən o da bildirilib ki, əvvəla "Təfəkkür" Universiteti bağlanmayıb və bu barədə universitetin Təsisçilər Şurası heç bir qərar verməyib:

" Universitetin fəaliyyətinə Təhsil qanununa uyğun olaraq hüquqi təminat verən Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyanın müddəti 2020-ci ilədək etibarlıdır və hazırda da qüvvədədir.
Məlumat üçün bəyan edirik ki, "Təfəkkür” universitetində dərslər və imtahan sessiyası qrafikə uyğun olaraq 5.07.2017-ci il tarixinə kimi davam edib. Buraxılış Dövlət imtahanları isə 20.07.2017-ci ildə başa çatıb. Sizcə keçən ildən fəaliyyəti dayandırılmış təhsil müəssisəsi qeyd olunan bu məsələləri necə həyata keçirə bilərdi? Hesab edirik ki, qanunun aliliyi hamı üçün mütləqdir və hamımız buna əməl etməliyik. Gələcəkdə belə məlumatları yayarkən "Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna uyğun olaraq məsələnin hərtərəfli aydınlaşdırılıb, obyektiv məlumat verilməsini xahiş edirik !"

Ayyət ƏHMƏD