Region ölkələr təhlükəni hiss edir
20:17 24.05.2016
Arxiv
490
Gürcüstan da “Metsamor”un bağlanmasını istəyir
"Metsamor” AES region ölkələrini ciddi narahat edir. Stansiyadan çıxarılan nüvə tullantılarının terror təşkilatlarına satılması faktı qonşu Gürcüstanda təşvişə səbəb olub. Gürcüstan rəsmiləri mətbuat vasitəsilə çağırışlarında stansiyanın fəaliyyətinin dərhal dayandırılmasını tələb ediblər. Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev bildirib ki, rəsmi Tbilisi "Metsamor” AES-in bağlanması ilə bağlı təklifləri dəstəkləyir.
Deputatın sözlərinə görə, indiyədək bir neçə dəfə Gürcüstan ərazisində nüvə tullantılarının satışını həyata keçirmək istəyən Ermənistan vətəndaşları həbs olunub: "Metsamor” AES dünya üçün böyük təhlükədir. Bu stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı ciddi işlər görülməli, dünya ölkələrinə "Metsamor”un təhlükəsini göstərmək lazımdır. Gürcüstan xalqı bu məsələdə çox həssasdır. Onlar ekoloji problemlərə, AES-in törədəcəyi fəlakəti dəqiqliyi ilə bilsələr, mütləq Azərbaycana dəstək olacaqlar. Hesab edirəm ki, "Metsamor”un bağlanması istiqamətində region ölkələr səylərini davam etdirməlidir”.
Məsələ dəfələrlə gündəmə gətirilib, beynəlxalq təşkilatlara müraciət olunub
Gürcüstan parlamentinin digər azərbaycanlı deputatı Əli Məmmədov da "Metsamor”un bölgə üçün təhlükə saçdığını bildirib. Onun fikrincə, "Metsamor” AES-in binasında çatların olması, istismar müddətini başa vurması ilə bağlı məsələlər uzun illərdir müzakirə olunur. Deputat bildirib ki, Gürcüstanda "Metsamor”un bağlanması ilə bağlı məsələ dəfələrlə gündəmə gətirilib, beynəlxalq təşkilatlara müraciət olunub. Amma buna baxmayaraq, ciddi bir reaksiya verilməyib: "Bu məsələni qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar vasitəsilə yenidən gündəmə gətirəcəyik. Gürcüstan hökuməti "Metsamor” AES-in fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycana dəstək olacaq. Bu, təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın problemidir”.
AES-dən çıxarılan nüvə materialları terrorçulara satılır
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov da həmkarının fikirlərini dəstəkləyib. O bildirib ki, "Metsamor” ən qısa vaxtda bağlanmalıdır: "Təəssüflər olsun ki, bu gün Gürcüstan hökumətində ermənipərəst məmurlar var. Onlara stansiyanın fəaliyyəti sərf edir. Bu, ermənilər və dostlarının əlində böyük silahdır.
Gürcüstan rəsmiləri də gözəl başa düşürlər ki, "Metsamor” Qafqaz üçün böyük təhlükədir. Əfsuslar olsun ki, AES Rusiya və bir çox dövlətlər tərəfindən Türkiyə və Azərbaycanı təhdid etmək üçün istifadə olunur. Təbii ki, həmin AES-dən çıxarılan nüvə materialları "qara bazar”a çıxarılır, terror təşkilatlarına satılır. "Metsamor”un fəaliyyətinin dayandırılması ilə bağlı bütün dünya, beynəlxalq ictimaiyyət ayağa qalxmalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya