"Reina" terrorçusuna şok cəza: 2 min 370 il həbs





İstanbul Cümhuriyyət Baş Prokurorluğu yeni il gecəsi "Reina” gecə klubunda terror aktı törədərək 39 nəfərin həyatına son qoyan Əbdülqadir Maşapirov haqqında qərar çıxarıb.

Axar.az xəbər verir ki, hazırlanan ittihamnamədə Maşapirovun 40 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına, yəni 540 ildən 2 min 370 ilə qədər azadlıqdan məhrum edilməsi tələb edilib.

Prokurorluq Maşapirovun həyat yoldaşı Zarina Nurullayevaya da eyni cəzanın verilməsini istəyib.

Sənəddə Maşapirovların təlimatı Suriyadan aldığı da qeyd edilib.

Xatırladaq ki, sözügedən terror olayı dekabrın 31-dən 1-nə keçən gecə törədilmişdi.

Öldürülən 39 nəfər arasında azərbaycanlı gənc xanım da var idi.