"Rekord səs alacağıq" - Ərdoğan





Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 24 İyun seçkiləri üçün ilk mitinqini İzmirdə keçirib. Nitqində CHP liderini tənqid edən Ərdoğan, "Sən çevriliş əleyhdarı deyil çevrilişçisən. CHP, FETÖ-ün şeypuru halına çevrildi" deyib.
Ərdoğan mitinqə Neşet Ertaşın "Gizli gizli" türküsünü oxuyaraq başlayıb və bunları söyləyib:

Ürəkdən ürəyə gedən yolları açmağın zamanı gəldi. İnşallah, bu dəfə İzmirlə aramızdakı bütün pərdələri qaldıracaq, bütün zəncirləri qıracağıq. İzmir qurtuluşun şəhəridir, Qazi Mustafa Kamalın, demokratiyanın, milli iradənin şəhəridir. Ey İzmir, 24 iyunda Prezidentlik Hökumət sisteminə keçməyə hazırıqmı? Ey İzmir, 24 iyunda güclü və etibarlı Məclisi, təsirli və sabit hökuməti, müstəqil və tərəfsiz mühakiməsi ilə yeni bir Türkiyəyə ‘Mərhaba' deməyə hazırıqmı? ("Əvət" dalğasına qarşı...) Budur, mənim meftun olduğum İzmir, budur. 2023-cü il hədəflərimizə birlikdə yürümək istədiyim İzmir qarşımda.
Hər seçkidə İzmir, İstanbul və Ankaranın müəyyən mahallarının səslərinə ipoteka qoyanlar nə etdi? Türkiyə və İzmir üçün ən kiçik proyekt, vizion çıxara bilməyənlər bütün əksikliklərini, səhvlərini xəyanətlərini dünyəvilik anlayışı altında gizləməyə çalışırlar. Partiyamızın proqramında dünyəviliyi demokratiyanın imtina edilməz şərti, din və vicdan azadlığının təminatı olaraq gördüyümüz açıqca yazılır. Biz eyni zamanda dünyəviliyin ölkəmizdə bəzilərinin şüurlu olaraq din düşmənliyi şəklində şərh olunması və bu səbəblə kobud rəftar edilməsinə də qarşı çıxdıq. Hər seçkidə İzmirə gedib dünyəvilik nitqləri söyləyənlətin Məclisdəki qrup kürsülərini aylarca FETÖ-ya kirayəyə götürdüyü unudulmadı.

İndi bu meydanda Respublikanın İttifaqı var. Əl ələyik, çiyin çiyinəyik. Yaxşı, "müxalifət niyə bu mövzuda tükünü tərpətmədi"deyərsiniz, çünki bunların ölkəni idarə etmək, millətə xidmət etmək kimi bir dərdləri yoxdur. Üstəlik elə bir dəzgah qurmuşlar ki, biri ‘Oradan mənə 15 deputat gələcək' deyir, o biri daha cümlə bitmədən 15 millət vəkilini paketləyib göndərir. Belə demokratiya olarmı? Tayyib Ərdoğana ‘diktator' deyəcəksən, qalxıb diktatorluğu özün edəcəksən.

ƏRDOĞANI SOROS GƏTİRMƏDİ

Sanırlar ki, Tayyib Ərdoğan olmasa millətimiz bunları baş tacı edəcək. Tayyib Ərdoğanı Soros gətirmədi, Tayyib Ərdoğanı mənim millətim gətirdi, göndərsə də millətim göndərər. Millətim göndərdiyi zaman mənə qalan "əl göz baş üstünə". demək olar.


‘Rekord səs ver tarixə keçəcəyik'

Ərdoğan daha sonra bunları söyləyib:
Bu coşqunu seçki gününə qədər davam etdirəcəyinizə inanıram. 24 yun İzmirin siyasi seçimlərində tarixi bir milad olacaq. İzmiri eynilə digər şəhərimiz kimi AKP siyasətinin lokomotiv şəhərlərindən biri halına gətirmədən bu təşkilata istirahət etmək yoxdur.
Biz başqaları kimi müvəffəqiyyəti özündə, səhvi seçicidə axtaran bir partiya deyilik. Biz qutudan gözlədiyi nəticə çıxmayanda vətəndaşı günahlandıran, göbəyini qaşıyan adam deyənlərdən deyilik. Hətta vətəndaşı alçaldan siyasi hərəkət əsla olmadıq. Bizim lüğətimizdə millətdən qırılmaq, küsmək, kimi bir anlayışa əsla rast gələ bilməzsiniz. İzmirdə istədiyimiz nəticəni almaq üçün daha çox işləməyimiz lazımdır.
Siyasət bir qrup işidir. Bir heyət işidir, bir təşkilat işidir. Bizim kimi siyasətdə bir iddiası, bir vizionu, millətə təəhhüd etdiyi hədəfləri olan bir partiya üçün bu komanda oyununu uğurla icra etmək daha əhəmiyyətlidir. Əlbəttə, mən lider olaraq, qabaqda yer alacaq, bütün təşkilatımıza da uğur gətirəcəyəm. Ancaq təşkilatlarımızın da bu yolu izləməsi, çalışması şərtdir.
İnşallah, millət vəkilliyinə namizəd siyahımızla da öz yetişmiş heyətlərimizlə birlikdə millətimizin qarşısına çıxacağıq. 24 iyunda həm prezident seçkisində, həm də millət vəkilli seçkisində rekord bir səs almaqla tarix yazaçağımıza inanıram. MHP ilə yaratdığımız Respublika İttifaqının 24 iyunda bir tarix yazmasını xüsusilə arzulayıram.