Robert Köçəryan ümidsizdir: “Ermənistanın gələcəyi üçün böyük səhv edilir”
15:53 06.10.2015
Arxiv
589
"Bu cür radikal xarakterli konstitusiya islahatlarına ehtiyac yoxdur. Ölkənin qarşısında duran bütün problemlər funksionallığı şübhə doğurmayan mövcud konstitusiya çərçivəsində də həll oluna bilər. Bu layihə mənim ən pis gözləntilərimi üstələdi”.
APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın sabiq dövlət başçısı Robert Köçəryan konstitusiya islahatlarına münasibət bildirərkən deyib.
"Burada dövlət idarəçiliyinin yarım prezidentli və parlamentli formalarından söhbət getmir. Konstitusiya layihəsi de-fakto təkpartiyalı sistemə keçidə, nəticə etibarilə də siyasi monopoliya və durğunluğa gətirib çıxara bilər. Sovet Konstitusiyası özündə çox gözəl sözlər birləşdirirdi, lakin 6-cı maddəsi kommunistlərin siyasi monopoliyasını qanuniləşdirdi. SSRİ-nin sonu isə hamıya bəllidir”, - deyə o vurğulayıb.
R. Köçəryanın sözlərinə görə, konstitusiya layihəsinin 89-cu maddəsi parlamentdə, eləcə də hakimiyyətdə tək partiyanın hökmranlığını nəzərdə tutur. O bildirib ki, indiki şəraitdə bu, bütün inzibati və maliyyə resurslarının bir partiyanın əlində cəmləşməsinə, siyasi monopoliyanın konstitusion normaya çevrilməsinə gətirib çıxaracaq.
"Mən ölkəmə belə gələcəyi arzulamıram. Bu üzdən də birmənalı şəkildə bu islahatların əleyhinə çıxıram. Ermənistanın gələcəyi üçün həddən artıq təhlükəli olan böyük səhv edilir”, - deyə sabiq prezident əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial