Ronaldo azarkeşləri əndişələndirdi

Hücumçu ağsayaraq məşqi yarımçıq tərk edib



Çempionlar Liqasının final matçı öncəsi "Real Madrid” klubunun ulduz hücumçusu Kriştiano Ronaldo fanatlarını bir müdət intizarda saxlayıb. Futbolçu məşq prosesində ehtiyatda oturan qapıçı Kiko Kasilyey ilə toqquşaraq zədələnib.

Meydana həkimlər daxil olaraq futbolçuya ilk yardım ediblər. Hücumçu ağsayaraq məşqi yarımçıq tərk edib. Məlumata görə, Ronaldonun zədəsi ciddi deyil. O, zədə alan zamanı şok keçirib sadəcə. Portuqaliyalı Çempionlar Liqasında "Atletiko Madrid”ə qarşı meydana çıxacağı qeyd olunub.
Azarkeşlər isə Ronaldonun zədəsi ilə bağlı dəqiq məlumat ala bilməyəndə hiddətləniblər.