Ronaldo:"Türkiyəyə gəlsəm, oynayacağım klub "Beşiktaş" olar"




"Real"ın ulduz futbolçusu Kriştianu Ronaldonun "Nə vaxtsa Türkiyəyə gələrəmsə, ancaq bir klubda oynayaram" açıqlaması Türkiyə mətbuatında geniş yayılıb.
Goal.az xəbər verir ki, iddiaya görə, "Türk Hava Yolları"nın təyyarəsində uçuş edən Ronaldoya "Türkiyəyə gələsi olsa, hansı klubda oynayar?" sualı verilib.

Portuqal ulduzun bu sualı "Türkiyəyə gəlsəm, oynayacağım klub "Beşiktaş" olar" deyə cavabladığı bildirilib.