Roqozinin səfərinin Qarabağ danışıqlarına bağlantısı yoxdur
20:38 16.05.2016
Arxiv
677
“Moskva çalışır ki, büdcəni satılan silah-sursatlar hesabına doldursun”
Rusiyanın Baş nazirinin müavini Dmitri Roqozin bu gün Bakıya səfər edəcək. Bu haqda "İnterfaks-Azərbaycan” məlumatlı mənbəyə istinadən bildirir. Xəbərə görə, Rusiya rəsmisi Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinin may ayının sonlarında Bakıya gözlənilən səfərinə dair hazırlıq işləri müzakirə olunacaq.
Eyni zamanda o da gözlənilir ki, Roqozin Bakıda Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti də müzakirə edəcək. Xatırladaq ki, D.Roqozinin səfəri Vyanada Azərbaycan və Ermənistan Prezidentləri arasında Minsk Qrupu həmsədri olan ölkələrin xarici işlər nazirlərinin vasitəçiliyi altında keçiriləcək danışıqların ertəsi gününə təsadüf edir.
Səfərin məqsədini şərh edən hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə söyləyib ki, D.Roqozin Prezident Vladimir Putinin ən etirablı silahdaşlarından biridir: "Çünki bundan əvvəl Rusiyanı NATO-da təmsil edirdi. İndi Baş nazirin müavinidir. Sırf hərbi sənaye sahəsinə cavabdehlik daşıyan şəxsdir. Bu ilin mart ayında Moskvadan Bakıya göndərilən silah-sursatla bağlı Rusiya ilə Azərbaycan arasında bir balaca gərginlik yaşanmışdı. Onların göndərdiyi silah-sursat müqavilədə göstərilən parametrlərə uyğun deyildi. Azərbaycan tərəfi də haqlı olaraq prinsipiallıq nümayiş etdirdi. Həmin silahları qəbul etmədi. Bu da şimal qonşumuzu narahat etdi. D.Roqozin və nümayəndə heyəti Bakıya gələndə mütəxəssislərin iştirakı ilə o silahlara baxış keçirildi. Silahlarla bağlı Azərbaycan tərəfi Rusiyaya vaxt verdi. Belə anlayıram ki, həmin problem hələ də həl olunmamış qalır. Roqozin də ona görə gəlir ki, Azərbaycan tərəfi həmin silah-sursatı tam şəkildə qəbul etsin. Bu çox böyük müqavilədir. Ciddi məbləğdən söhbət gedir. Ona görə də Rusiyanın buna çox böyük ehtiyacı var”.
Ekspertin fikrincə, Roqozinin Bakı səfərinin Dağlıq Qarabağ münaqişəsi ilə heç bir bağlılığı yoxdur: "İndiki məqamda Moskvanı ancaq öz iqtisadiyyatı maraqlandırır. Bu baxımdan hərbi sənaye kompleksi ən gəlirli sahədir. Moskva çalışır ki, büdcəni satılan silah-sursatlar hesabına doldursun. Bir sözlə, Roqozinin səfəri Moskva-Bakı arasındakı əvvəlki müqavilələrin şərtlərinin yerinə yetirilməsi və perspektiv üçün yeni silah-sursatın alınıb, satılması ilə əlaqədardır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə