
Ruhani: "Azərbaycanla müştərək əməkdaşlığımızda sıçrayış olmalıdır”
20:12 17.05.2016
Arxiv
614

Azərbaycanın İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov İran prezidenti Həsən Ruhaniyə etimadnaməsini təqdim edib.
APA-nın Tehran bürosunun məlumatına görə, prezident Ruhani görüş zamanı qeyd edib ki, bu gün İran-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafı üçün tərəflərin ciddi iradəsi var: "İki ölkə rəsmilərinin səyi ilə müştərək əməkdaşlıqda sıçrayış olmalıdır”.
H.Ruhani sanksiyaların ləğvindən sonra yaranmış imkandan hər iki ölkənin səmərəli istifadə etməsinin zəruriliyini vurğulayıb: "İki ölkə arasında çoxlu layihələr və razılaşmalar var ki, onların icrası və təkmilləşdirməsi Azərbaycan və İran arasındakı münasibətləri daha da möhkəmləndirə bilər”.
"Regiondakı problemlər, o cümlədən terrorçuluq kimi problemlər bütün ölkələrin əməkdaşlığı ilə öz həllini tapmalıdır”, - deyə Ruhani bildirib.
Azərbaycanın Tehrandakı səfiri B. Hüseynov öz etimadnaməsini təqdim edərək bildirib ki, Azərbaycan və İran arasındakı əlaqələr həmişə möhkəm köklərə və qarşılıqlı əməkdaşlığa söykənib: "İranın dostluğu və dəstəyinə heç vaxt şübhə ilə yanaşmamışıq. Tehran və Bakı arasındakı əməkdaşlığın ikitərəfli, regional və beynəlxalq səviyyədə inkişafı, hər iki ölkənin və hər iki xalqın xeyrinədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media