"Ruhani ilə Cənub-Şimal nəqliyyat dəhlizi müzakirə olunacaq"





"Azərbaycan həmişə müsbət qonşuluq siyasətini həyata keçirməyə çalışır”.

Bu barədə "Sherg.az”a İran prezidenti Həsən Ruhaninin Azərbaycana gələn il baş tutacaq rəsmi səfəri ilə bağlı danışarkən millət vəkili Asim Mollazadə bildirib. 

O hesdab edir ki,  siyasi, iqtisadi, mədəni sahədə dövlətimiz qonşu ölkə ilə əməkdaşlığa hazırdır:

"Düşünürəm ki, Ruhaninin səfəri zamanı Cənub-Şimal nəqliyyat dəhlizi məsələləri müzakirə olunacaq. Azərbaycan bu istiqamətdə Şərq-Qərb dəhlizi layihəsi ilə böyük işlər görüb. İndi isə qarşımızda Şimal-Cənub nəqliyyat dəhlizini yekunlaşdırmaq planları dayanıb. Ruhaninin səfəri zamanı da əsas müzakirə mövzusu bu olacaq”.

Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfinin məlumatına görə, səfər ilin birinci yarısına gözlənilir.

Aysel Aslan