Ruhani: "İran uranın zənginləşdirilməsini bərpa etməyə hazırdır"
21:20 08.05.2018
Arxiv
490
İran prezidenti Həsən Ruhani ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmasından çıxmasına münasibət bildirib. APA-nın Tehran bürosunun məlumatına görə, prezident H.Ruhani bildirib ki, ABŞ heç vaxt öz öhdəliklərini yerinə yetirməyib. "Bizim ötən 40 illik tariximiz və ondan öncəki illərdə müşahidə etdiyimiz bu olub ki, ABŞ İran xalqına qarşı, region xalqlarına qarşı həmişə düşmənçilik mövqeyini sərgiləyib”.
H.Ruhani deyib ki, İran Beynəlxalq Atom Enerjisi Təşkilatının qənaətinə əsasən, bütün öhdəliklərini yerinə yetirib: "Biz bu gün beynəlxalq öhdəlikləri yerinə yetirməyən ölkənin hansı ölkə olduğunu görürük. İranın nüvə proqramı üzrə razılaşma bir neçə tərəfli bir razılaşma idi. İran xalqı öz öhdəliklərini yerinə yetirdi və öhdəliyinə əməl etməyənin kimliyi bəlli oldu. Donald Trampın mövqeyini dəstəkləyən yeganə ölkə sionist rejimdir. Bu rejim idi ki, bizim nüvə alimlərimizə qarşı terror etdi. Bundan sonra nüvə proqramına dair razılaşma İran və 5 ölkə arasındadır. İran bu razılaşmaya sadiq qalacaq. Biz sülh üçün addım ata bilərik, lakin əgər mənafeyimiz təmin olunmazsa, İslam sistemi özü xalqa şərtləri açıqlayacaq”.
"Xarici İşlər Nazirliyinə bildirirəm ki, Avropa ölkələri ilə müzakirə aparsınlar. Trampın atdığı bu addım psixoloji müharibədir və iqtisadi təzyiqləri artırmaq məqsədi güdür. Biz icazə verməyəcəyik ki, Tramp bu müharibədə qələbə qazansın. İran xalqı bu gecədən öz öhdəliyinə daha da sadiq qalacaq. Atom Enerji Təşkilatına göstəriş vermişik ki, növbəti addımlar üçün tam hazırlıqlı olsun. Əgər lazım gələrsə, uranın sənaye zənginləşdirilməsi prosesinə heç bir məhdudiyyət olmadan başlayacağıq”.
H.Ruhani tezliklə xalqla bu haqda daha geniş danışacağını bildirib.
Qeyd edək ki, ABŞ İranın nüvə proqramı üzrə razılaşmadan çıxıb. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə