Rusiya KİV: "Ermənilər Azərbaycana girdi, müharibə başladı"
10:00 12.06.2014
Arxiv
627
Rusiya mətbuatı dezinformasiya yaymağa başlayıb
Rusiya mətbuatı ermənilərin Naxçıvana hücumu barədə yazıb. ANS PRESS-in məlumatına görə, başda "Moskovskiy Komsomolets" saytı olmaqla bir sıra Rusiya KİV-ləri "Ermənistan Azərbaycanla müharibəyə başladı”, "Ermənistan döyüşlər zamanı Azərbaycana soxuldu, qanlı döyüşlər gedir”, "Ermənistan elan olunmamış müharibəyə başladı” başlıqlı məqalələr dərc edib.
Həmin xəbərlər Azərbaycan mətbuatına istinadən verilib. Bildirilir ki, Culfa rayonunun Ləkətağ kəndinin sakini Aynur Sərkərovun verdiyi məlumata görə, ermənilər Naxçıvana giriblər və Azərbaycan tərəfdən itkilər var.
Hətta həmin yazılarda qeyd olunur ki, guya Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda yaranmış vəziyyətlə bağlı heç bir məlumat vermir. Ümumiyyətlə telefon zənglərinə cavab vermir. Təbii ki, bu dezinformasiyadır.
Çünki elə həmin gün ANS PRESS Müdafiə Nazirliyi ilə əlaqə saxlamışdı. Nazirlik Naxçıvanla bağlı yayılan xəbərlərə aydınlıq gətirmişdi. Nazirliyin açıqlamasında bildirilirdi ki, yayılan məlumatlar şayiədir. Bu tipli xəbərlərin heç bir əsası yoxdur. Belə məlumatların yayılması ölkədə sabitliyin pozulmasına hesablanıb.
ANS PRESS yerli sakinlərlə də əlaqə saxladı. Sakinlər bildirmişdilər ki, hazırda rayonda sakitlikdir. Həyat öz axarı ilə gedir. Heç bir problem yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sağlam ailə modeli” layihəsi çərçivəsində seminar keçirilib
00:25 13.06.2026
Ölkə
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət