Rusiya milli komandası qrupda birincidir

Rusiyanın xokkey üzrə gənclərdən ibarət milli komandası ABŞ-da keçirilən dünya çempionatında Çexiya millisinə 11:1 hesabı ilə qalib gəlib. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. Rusiya millisinin tərkibində Matvey Miçkov het-trik edib.
Hazırda ruslar 9 xalla qrupda birincidirlər. Komanda vaxtından əvvəl ¼ finala yüksəlib. Final oyunları isə 3 və 4 mayda keçiriləcək.