“Rusiya və Türkiyə Suriyada hərbi varlığını qoruyacaq" - Şərh




"Rusiya prezidenti Vladimir Putinin bir neçə gün əvvəl Suriya, Misir və Türkiyəyə işgüzar səfəri hələ də müzakirə olunur. Rusiya və Türkiyə prezidentlərinin intensiv görüşləri diqqəti çəkir. Vladimir Putinin Ankarada türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla budəfəki görüşündə yenə vacib məsələlərin müzakirəsi ilə yadda qaldı" 

Bu barədə "Sherg.az"a Rusiya prezidenti Vladimir Putinin bir gündə 3 ölkəyə işgüzar səfərinin mahiyyətini şərh edərkən Qərbi Kaspi Universitetinin Tətbiqi Poliotologiya Mərkəzinin eksperti Rəfiqə Xələfova bildirib.

O qeyd edib ki, birincisi, Rusiyanın Türkiyəyə C-400 raketlərinin kompleksinin satışı tam həll olunub:

"Bu prezidentlər üçün artıq həll olunmuş məsələdir. Hər iki tərəf hərbi əməkdaşlıqdan məmnundurlar.
İkincisi, prezidentlər Suriyada terrorçulara qarşı mübarizənin uğurla nəticələndiyini vurğuladılar. Buna baxmayaraq, Rusiya Suriyada iki hərbi bazası – Tartus və Humeymi varlığını qoruyacaq və Ankara bu reallıqla hesablaşmaq məcburiyyətindədir. Rusiyanın Suriyadakı hərbiçilərin ən azı 40 faizini çıxaracağı gözlənilir. Rusiyanın hazırda Suriyada 7 min hərbçisi var.

Üçüncüsü, Türkiyə Rusiyanın Suriyada hərbi varlığını qəbul edirsə, Rusiya da Türkiyə ordu birliklərinin Suriyanın qərbindəki varlığını qəbul etmək məcburiyyətindədir. Ankara Suriyadakı silahlı kürd qruplaşmaların Afrin üzərindən birləşməsinə və Türkiyəyə təhdid yaratmasına imkan verə bilməz. Bununla əslində Rusiya Türkiyə ilə maraqlarını daha çox yaxınlaşdırır. 

Çünki, Rusiyada anlayırlar ki, ABŞ-ın terrorçu PKK təşkilatının iki qolu olan YPG və PYD-yə verdiyi dəstək Türkiyənin siyasi dairələrindən və cəmiyətində böyük etiraz doğurur. Putinin əsas məqsədi odur ki, Amerikanın bölgədə gücü zəifləsin. Bu işdə də Rusiya Türkiyənin dəstəyinə ümid edir.

V.Putinin son səfəri və Suriyada terrorçularla mübarizədə qazandığı uğur həm də onun 2018-ci ildə prezident seçkisinə hesablanıb. Putinin nüfuzunu daha da gücləndirməyə çalışır”.