Rusiya Xəzərdə söz sahibi olmaq istəyir
20:55 06.12.2017
Arxiv
451
Yekun sənəd qəbul edildikdən sonra Kreml dənizdə hərbi fəaliyyətini genişləndirəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskva sammitində deyib ki, gələn il Xəzəryanı ölkələrin birgə təlimləri planlaşdırılır. Nazir bildirib ki, Xəzər boyunca müdafiə sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Lavrov xatırladıb ki, bu il Xəzəryanı ölkələrin hər biri silahlı qüvvələrin gəmilərinin biri-birinə dostyana səfərini təşkil edib:
"Biz birgə perspektivli layihələrin həyata keçirilməsi barədə razılığa gəldik. Müxtəlif aspektlərdə nəqliyyat sahəsinin inkişafını müzakirə etdik. Beş ölkə arasında iqtisadi əlaqələrə də diqqət ayırdıq. Türkmənistanın təşəbbüsü ilə nəqliyyat və iqtisadi əməkdaşlıq sahəsində hökumətlərarası razılaşmanın hazırlanması istiqamətində iş gedir. Həmçinin, hüquq-mühafizə orqanlarımız arasında terrorizm, mütəşəkkil cinayətkarlıq və brokonyerliyə qarşı mübarizə sahəsində ayrıca protokolların qəbulunun vacibliyini vurğuladıq”.
Ekspertlərin fikrincə, öz-özlüyündə belə bir təşəbbüs qonşu və region dövlətlərinin sıx əməkdaşlığı və birgə təhlükəsizliyi üçün müsbət dəyərləndirilə bilər. Amma belə bir təlimin Rusiyanın təşəbbüsü ilə, xüsusən indiki dövrdə reallaşması bəzi ekspertlər tərəfindən fərqli tərzdə izah edilir. Onların fikrincə, Moskva növbəti dəfə bölgədə güc nümayişinə, İranla normal əlaqəsinə və keçmiş sovet dövlətləri üzərində söz sahibi olduğuna diqqət çəkməyə çalışır.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Məhəmməd Əsədullazadə deyib ki, Xəzəryanı ölkələrin Moskvada 5-ci sammiti əsasən Xəzərin yekun hüquqi statusu terrorizmlə mübarizə və digər aktual sahələrdə sahilyanı ölkələrin əməkdaşlığını nəzərdə tutur. Ekspert konfransın Rusiyanın moderatorluğu ilə keçirildiyinə diqqət çəkib:
"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dənizin yekun statusu haqqında açıqlamaları göstərir ki, artıq tərəflər razılaşdırılmış bəndlər üzərində işləyirlər. Burada əsasən İran və Türkmənistanın mövqeyində ziddiyyət təşkil edilirdi. 20 ildən artıqdır ki, davam edən danışıqlar prosesində nəhayət ki, Xəzərin hüquqi konvensiyasının razılaşması gözlənilir. Təbii ki, yekun sənədin gələn il Qazaxıstanda Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran prezidentlərinin görüşündə razılaşdırılıb imzalanması gözlənilir. Hesab edirəm ki, Rusiya yekun status qəbul ediləndən sonra Xəzərdə hərbi fəaliyyətini genişləndirəcək. Bunu Lavrovun sözləri bir daha təsdiq edir.
Halbuki Xəzər dənizi hərbiləşdirilmiş sülh və əməkdaşlıq hövzəsi olmalıdır. Amma Rusiya İranı prosesə qatmaqla öz dominantlığını həyata keçirməyə çalışa bilər. Rəsmi Kremlin Xəzər dənizindən sahil dövlətlərinə və Yaxın Şərqə nəzarət edə bilmək üçün öz hərbi donanmasını gücləndirməsi, militarist siyasəti regionun ümumi təhlükəsizliyinə qarşı çox ciddi faktordur. Artıq, İran da dənizdə öz hərbi iştirakını artırır”. Siyasi şərhçinin fikrincə, Rusiyanın hərbi fəaliyyətini dostcasına adlandırmaq olmaz:
"Moskva bu addımı ilə ABŞ və Qərbin Xəzər dənizində hər hansı bir planının qarşısını almağa çalışır. Vurğulayım ki, Azərbaycanın nəzərdə tutduğu "TransXəzər” qaz kəməri məhz Rusiyanın narazılığı üzündən gerçəkləşmir. Əgər birgə hərbi birləşmələr yaradılsa, Rusiya burada əsas söz sahibi olmaqla dənizdə hər hansı iqtisadi və infrastruktur layihələrin qarşısını ala bilmək iqtidarında ola bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya