Rusiyadakı azərbaycanlı taksi sürücülərini çətin günlər gözləyir
07:28 28.09.2018
Arxiv
584
Təklif olunan qanun qəbul olunsa, soydaşlarımız işsiz qalacaq
Rusiya Dövlət Dumasının aşağı palatasına minik taksiləri haqqında yeni qanun layihəsi təqdim olunub. Qanun layihəsinə əsasən, Rusiyada əcnəbilərin sürücü kimi işə götürülməsi ya məhdudlaşdırıla, ya da qadağan edilə bilər.
Dumanın nəqliyyat və tikinti komitəsinin sədri Yevgeni Moskviçov əminliklə deyib ki, bu cür tədbir taksi sürücülərinin sayının azalmasına və daşıma qiymətlərinin artmasına səbəb olmayacaq. Deputatın sözlərinə görə, son vaxtlar taksilərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin sayı artıb, sərnişinlər sürücülərin marşrutu və rus dilini bilməməsindən şikayət edirlər.
Y.Moskviçov qeyd edib ki, sürücülərin iş saatı da nəzarətdə saxlanılmalıdır. "İstər Rusiya vətəndaşı olsun, istərsə də MDB ölkələrinin vətəndaşı, heç kimin onları 24 saat işlətməyə haqqı yoxdur”, - deyə deputat vurğulayıb.
Məlumdur ki, Rusiyada əməkçi miqrantlar sırasında həmvətənlərimiz də təmsil olunurlar. Orada fəaliyyət göstərən azərbaycanlıların demək olar ki, əksəriyyəti bazarlarda ticarətlə yanaşı, taksi xidməti də göstərirlər. Bu baxımdan sözügedən qanun soydaşlarımızın da dolanışığına təsir göstərəcək.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov da hesab edir ki, qanun qəbul edilərsə, bu, həmvətənlərimizin fəaliyyətində problem yaradacaq. O, "Şərq”ə deyib ki, burada iki məqama diqqət yetirmək lazımdır:
"Rusiyada rəsmi lisenziya ilə çalışan taksi şirkətləri var ki, işçiləri arasında bizim soydaşlarımız da mövcuddur. Qanun həmin şirkətlərdə çalışan və ya həmin şirkətlərlə rəsmi müqaviləsi olan əcnəbilərə şamil edildiyi halda, birbaşa azərbaycanlılara da toxunacaq. Bir də var fərdi taksi fəaliyyəti. Fərdi şəkildə sərnişindaşıma ilə məşğul olanların, heç də hamısı bu işi lisenziya əsasında görmürlər. Xüsusilə də Moskvada olanlar.
Rusiya paytaxtı kifayət qədər böyük bir meqapolisdir. Onun ucqar əyalətlərində heç də hamı taksi kimi fəaliyyət göstərərkən müvafiq orqanlardan qeydiyyatdan keçmirlər. Şübhəsiz ki, hökumət bu qərarı qanun layihəsi kimi qəbul etsə, onda aidiyyəti qurumlar taksiçilik fəaliyyəti üzərində nəzarəti gücləndirəcəklər. Bu halda da qeyri-qanuni şəkildə taksi fəaliyyəti ilə məşğul olan soydaşlarımız nəzarətə götürülə, müvafiq qaydada cəzalandırıla bilərlər”.
Azərbaycanlıların belə vəziyyətdə atacaqları addıma gəldikdə isə, A.Allahverənov vurğulayıb ki, analoji hal bir neçə il öncə yaşanıb:
"2006-2007-ci illərdə belə bir qanun layihəsi ticarətlə məşğul olanlar barədə qəbul edilmişdi. O vaxt ticarət sahəsindən əcnəbiləri uzaqlaşdırmaq niyyəti var idi. Ticarət sahəsindən uzaqlaşmaq istəməyən bir qism soydaşlarımız operativ şəkildə Rusiyanın vətəndaşlığını qəbul etdilər.
Bəzilərinin statusları imkan verirdi ki, vətəndaşlığı qəbul etsinlər. Digər vətəndaşlıq almaq hüququ olmayanlar isə, tez bir zamanda nikaha daxil oldu ki, ticarətdən uzaqlaşmasınlar. Bütün bunlara baxmayaraq böyük bir qismi uzaqlaşmaq məcburiyyətində qaldılar və ya həmin ticarət nöqtələrində fəhlə kimi qeydiyyata alındılar. Demək istədiyim budur ki, müəyyən çıxış yolları tapıldı. Hesab edirəm ki, bu qanun qəbul edildikdə taksi fəaliyyəti göstərən azərbaycanlıların bir qismi çıxış yolu tapacaqlar. Tapa bilməyənlər isə, yəqin ki, ya başqa işlə məşğul olacaqlar, ya da ölkəyə qayıdacaqlar. Bütün hallarda Rusiyada belə bir qanunun qəbulu soydaşlarımız üçün arzuolunmazdır".
İlahə Əhmədqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət