Rusiyanın müdafiə naziri azərbaycanlı və ermənistanlı həmkarları ilə danışıqlar aparıb - YENİLƏNİB





Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Seyran Ohanyan və Azərbaycanın müdafiə naziri Zakir Həsənov ilə təcili telefon danışığı aparıb.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar zamanı Dağlıq Qarabağ bölgəsində vəziyyətin gərginləşməsi müzakirə olunub.
"Danışıqlar zamanı münaqişə zonasında vəziyyətin stabilləşdirilməsi istiqamətində atılacaq təxirəsalınmaz addımlar müzakirə olunub", - deyə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumatda o da bildirilir ki, bu region daim Rusiya Müdafiə Nazirliyinin diqqət mərkəzindədir.
13:55
Bakı. APA - Məlahət Nəcəfova. Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışıqları aparıb.
APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" agentliyi xəbər verir.
Bildirilir ki, S. Şoyqu tərəflərlə Dağılq Qarabağdakı təmas xəttində vəziyyətin gərginləşməsini müzakirə edib.