"Rusiyanın Türkiyə ilə münasibəti bəzi dövlətlərdə qorxu yaradır"
11:04 28.03.2017
Arxiv
647
"Son vaxtlar Avropa və Türkiyə arasında yaşanan problemlərin başlıca səbəbi Türkiyənin Rusiyaya yaxınlaşmasıdır”
Bunu Sherg.az-a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqının yaranmasının 60 illiyi ilə bağlı tədbirin Vatikanda keçirilməsinə etirazını şərh edərkən analitik Arzu Nağıyev deyib.
O bildirib ki, Rusiyanın NATO üzvü kimi Türkiyə ilə münasibət qurması bir sıra dövlətlərdə qısqanclıq, hətta qorxu yaradır. Çünki bundan sonra Türkiyə tam şəkildə Avropanın enerji təhlükəsizliyində iştirak edən dövlətə çevrilə bilər:
"Avropada son vaxtlar avroskeptiklər deyilən millətçi qruplar artıq seçkilərdə hakimiyyətə gəlməyə çalışır. Bununla, türklərin diasporalarına qarşı Avropanın bütün dövlətlərində müəyyən addımlar atılmağa başlayıb.
Digər tərəfdən Türkiyədə baş tutacaq referendumu Avropa dövlətləri birmənalı olaraq insan hüquqlarının tapdalanması kimi qəbul edirlər. Avropalılar prezident idarəçilik üsulunun Türkiyə kimi özünü demokratik hesab edən dövlət üçün vacib olmadığını irəli sürürlər. Bundan əlavə, Türkiyə ərazisində PPK və PYD terror təşkilatlarına bağlı həddən çox qruplaşmalar var. Türkiyənin bu təşkilatlara qarşı atdığı addımlara həmişə qarşı olublar”.
Böyük Britaniyanda "Breksit” məsələsinin də münasibətlərə təsir etdiyini söyləyən A.Nağıyevin sözlərinə görə bəzi dövlətlərdə mövcud olan antitürk meylləri Ərdoğanın çıxışları ilə üst-üstə düşmədiyinə görə problemlər artır:
"Hətta qondarma erməni soyqırımı məsələsində də Almaniya Bundestaqında və Avropa parlamentində təmsil olunan türk mənşəli deputatların vasitəsilə qərarın əleyhinə səs verdirdilər. Son vaxtlar Ərdoğanın və Türkiyənin baş naziri Binəli Yıldırımın verdiyi açıqlamalarda bir sıra problemlərlə üzləşirik. Vatikanın Avropa İttifaqı üzvü olması məsələsinə gəldikdə isə məlumdur ki, Vatikan bütün Avropa katoliklərinin birləşdiyi dövlətdir. Buna görə, onun öz siyasi çəkisi də vardır. Müqayisədə İordaniya krallığı da Məhəmməd peyğəmbərin davamçıları olduğu üçün ona heç bir irad tutulmur. Xristian dövlətlərində də Vatikana qarşı eyni münasibət göstərilir. Vatikana qarşı atılan addımlar bütün katolik dünyasına qarşı çevrilir”.
Analitik əlavə edib ki, bütün problemlərin başında duran əsas məsələ Türkiyənin gələcəkdə Avropa İttifaqına üzv olmayacağıdır:
"Qardaş ölkə heç vaxt NATO üzvlüyündən çıxa bilməz. Buna NATO-nun digər üzvləri və ABŞ imkan verməyəcək. Son vaxtlar İranla və Rusiya ilə yaxınlaşma da Türkiyə və Avropanın münasibətlərinin korlanmasının pik nöqtəsidir”.
Qeyd edək ki, ötən gün İstanbulda prezident üsul-idarəsinə keçidlə bağlı Konstitusiyaya dəyişikliklə əlaqədar keçirilən mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının yaranmasının 60 illiyi ilə bağlı tədbirin Vatikanda keçirilməsinə etirazını səsləndirib. "Papa nə vaxtdan Avropa İttifaqının üzvü olub?” – sualını səsləndirən Ərdoğan bildirib ki, tədbirin Vatikanda qeyd edilməsi bu qurumun xristian ittifaqı olduğunu sübut edir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi