Ruspərəst separatçılarla döyüşdə 5 ukraynalı əsgər öldürüldü, 7-i yaralandı





Yeni sülh müqaviləsi qüvvəyə minməzdən bir neçə gün əvvəl Şərqi Ukraynada rusiyalı separatçılara qarşı döyüşən 5 Ukrayna əsgəri həlak olub, yeddi isə 7-i sə  yaralanıb. 

"Sherg.az" "Le figaro.fr"ə istinadən xəbər verir ki, bu barədə rəsmi Kiyev məlumat yayıb. 

Ukrayna müdafiə nazirinin sözçüsü Dmitro Qutsuliak da faktı təsdiqləyib. Qurum sözçüsü onu da əlavə edib ki, 5 saat davam edən döyüşdə şəhid olan 5 nəfərə və eyni zamanda xəsarət alan 7 nəfərə qarşı ağır silahlardan istifadə olunub. 

Tərcümə etdi:Ayyət Əhməd