Saakaşvili də yuxusuz gecə keçirdi: "Putin üçün pis bitəcəyini bildirmişdim"

Saakaşvili Türkiyədə baş verən hərbi çevrilişə reaksiya verdi



Sabiq Gürcüstan prezidenti, Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili Türkiyədə baş verən hərbi çevrilişə reaksiya verib. ANS PRESS-in məlumatına görə, eks-prezident bu barədə öz "Facebook" səhifəsində yazıb.

Saakaşvili baş verən hərbi çevrilişə biganə qalmayaraq Türkiyəyə dəstək nümayiş etdirib.

"Biz yuxusuz gecə keçirdik, amma çevrilişin lap əvvəlindən mən bunun hərbçilər və Putin üçün pis bitəcəyini bildirmişdim. Bu, demokratiya və bizim müttəfiqliyimiz Türkiyə üçün yaxşıdır” , - deyə Saakaşvili yazıb.