
Saat terapiyası haqqında bilmədiklərimiz
05:07 27.03.2017
Arxiv
606
Müalicə olunmaq istəyirsinizsə, gününüzü düzgün bölüşdürün
Saat terapiyası 3 min il əvvəldən Mancuriya əhalisinə məlum idi. Qədim tarixə malik müalicə üsulu şimali Çində indiyədək tətbiq edilir. Müalicənin mahiyyəti onun gündüz və gecə saatlarında günəşin vəziyyətindən asılı olaraq aparılmasındadır. Asiyalı həmkarlarının yolu ilə gedən müasir Amerika həkimləri saat terapiyasının tətbiqinin sadə, müalicənin isə səmərəli olduğunu təsdiq edirlər.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbət edərkən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli deyib: "Həmin müalicə üsulu tətbiq olunarkən əsas məsələlərdən biri məsuliyyətli olmaq və cədvələ düzgün riayət etməkdir. Həmin cədvələ əsasən saat 11-dən 13-dək günəş ən yüksək zenit nöqtəsində olur. Ürək-qan dövranı qaydasında olmayanlar həmin dövrdə az hərəkət etməli və isti havada kölgədə qorunmalıdırlar. Nazik bağırsağında problem olanlar müalicəni saat 13-dən 15-ədək ənənəvi təbabətin köməyi ilə aparmalıdırlar.
Saat 15-dən 17-yədək həzm orqanları normal işləyir. Mədə və bağırsaqlarından şikayəti olanlar dərman bitkilərini həmin vaxt qəbul edə bilərlər. Saat 17-dən 19-adək - günəş batmağa doğru getdiyi dövrdə böyrək və kürək nahiyəsindəki ağrıları müalicə etmək məsləhətdir”.
Sonrakı saatlarda həyata keçirilən müalicələr barədə danışan həkim-kardioloq deyib:
"Saat 19-dan 21-ədək impotensiya və frigidlik, 21-dən 23-ədək dəri xəstəlikləri və saç tökülməsi, 23-dən 01-ədək öd daşları, 01-dən 03-ədək qaraciyər xəstəliklərinə qarşı mübarizə aparmağın ən əlverişli vaxtıdır. Mancuriyalıların inamına görə, saat 03-dən 05-ədək ağ ciyər və bronxların, 09-dan 11-ədək isə dalaq və mədəaltı vəz fəal olduğundan həmin orqanların şəfası ilə müalicə olmaq daha uğurlu nəticə verir. Saat 05-dən 07-yədək olan müddətdə isə səhər yeməyi yaxşı həzm olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi