Sabiq nazir neftin qiymətindən DANIŞDI: "...Çox çətindir "
10:59 20.07.2018
Arxiv
407
"Neftin qiymətinə təsir göstərən amillər həddən çoxdur. Həm siyasi, həm də iqtisadi təsirlər qiymətlərin dəyişməsində daha aktivdir. Amma iqtisadi amillərdən daha çox siyasi amillər təsir göstərir".
Bunu "Sherg.az”a keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib.
O qeyd edib ki, bu proses haqqında proqnoz vermək olduqca cətindir:
Siyasi faktorların neftin qiymətinə hansı dəyişikliklər edəcəyini əvvəllər aydın şəkildə müşahidə etmişik. Bütün bu səbəblərdən dolayı ilin sonuna kimi neftin qiymətinin hansı istiqamətdə irəliləyəcəyini demək çox çətindir.
Bir neçə gün əvvələ qayıtsaq, müşahidə edərik ki, neftin qiyməti bəzən 5-6 faiz qalxıb, bəzən də əksinə azalıb. Buna görə də qara qızılın ilin sonuna kimi hansı istiqamətlə irəliləyəcəyini demək çox çətindir. Məncə, ekspertlər bu barədə dəqiq açıqlama verə bilməz".
Qeyri- neft sektorunun inkişafının vacib olduğunu diqqətə çatdıran F.Yusibov onu da bəyan edib ki, iqtisadi rifahın təmin edilməsinə yardımçı olacaq ən başlıca sahələrdən biri də qeyri-neft sektorudur:
"Hazırda Azərbaycanın ixrac məhsullarının 90 faizi yalnız neft məhsulları təşkil edir. Ölkə iqtisadiyyatında dinamik artım etmək üçün, iqtisadiyyatımızı daha da inkişafı üçün qeyri-neft sektornunun ixrac məhsullarının həcmini artırmalıyıq. Ən azından yaxın iki il ərzində qeyri-neft məhsullarının ixracının həcmini idxalın yarısına kimi, yəni 4-5 milyard səviyyəsinə kimi qaldırmalıyıq. Bunun üçün də real sektorun daha sürətli inkişafına nail olmalıyıq. Ölkəmizin bu sahədə kifayət qədər potensealı var. Planlı şəkildə çalışsaq, bunu əldə edə bilərik”.
Qeyd edək ki, Azərbaycan nefti 1 dollardan çox bahalaşıb. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,50 dollar və ya 2,05% artaraq 74,64 dollar təşkil edib.
Kənan Enuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə