Sabiq nazir səhhəti ilə bağlı Türkiyəyə yola düşür - Əməliyyat olunacaq ?

Azərbaycanın sabiq təhsil naziri, görkəmli filoloq alim Firudin Cəlilov sabah Türkiyəyə yola düşəcək və bir müddət qardaş ölkədə qalacaq. 
Bu barədə "Sherg.az”a Firudin Cəlilovun özü məlumat verib. Alimin ölkəni qısa müddətə tərk etməsinin səbəbi səhhətində yaranan problemlərdir. 
Tanınmış filoloqun Türkiyədə müalicə kursu keçəcəyi, ondan sonra Azərbaycana qayıdacağı gözlənilir:
 "Səhhətimdə problemlər var, ona görə sabah Türkiyəyə yola düşürəm. İki-üç həftə orada qalacam. Ola bilsin, əməliyyat da oldum”. 
Məlumat üçün bildirək ki, F.Cəlilov bundan öncə də səhhətindəki problemlərlə əlaqədar Türkiyədə müalicə alıb.
İsmayıl