Sabir Rüstəmxanlı: “Tənzilə Rüstəmxanlının namizədliyinin qeydə alınmamasını sakit qarşıladım”
14:06 05.10.2015
Arxiv
707
"Tənzilə Rüstəmxanlı mən seçkilərdə iştirak etmədiyimə görə namizədliyini irəli sürmüşdü. İndi kim seçiləcəksə, canı sağ olsun”.
Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib. O, "Azəri-Türk” Qadınlar Birliyinin sədri, həyat yoldaşı Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyinin qeydə alınmamasına münasibət bildirərək bundan inciklik duymadığını qeyd edib: "Mən 25 il deputat olmuşam. Bu müddətdə həm ictimai təşkilatlarda, həm də Dünya Azərbaycanlıları Konqresində deputatlığın verdiyi səlahiyyətlər çərçivəsində çalışmışam. Yeni nəsillər gəlir, onlar da seçiləcəklər. Yəni, problem yoxdur, layiqli adamlar gəlirsə, seçilsinlər. Mən millətin vəkiliyəm və bu, davam edəcək. İnciklik duymuram”.
Qeyd edək ki, T. Rüstəmxanlının namizədliyi 42 saylı Sumqayıt II Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınmayıb. Belə ki, onun namizədliyinin qeydə alınması üçün 550 imza təqdim olunub, lakin 183 seçici 42 saylı Sumqayıt II DSK-ya ərizə ilə müraciət edərək aldadıldığını və T. Rüstəmxanlıya imza vermədiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial