
"Sabitlik tarixi nailiyyətimiz və sərvətimizdir" - Millət vəkili
14:08 13.12.2018
Arxiv
543
Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Və dövlətimizin başçısı tədbirdə çıxış edib. Azərbaycan Prezidenti qeyd edib ki, 2018-ci ildə dünyada bir çox təhlükəli proseslər gedib. Demək olar ki, beynəlxalq vəziyyət daha da gərginləşib. Qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələr demək olar ki, 2018-ci ilin mənzərəsini əks etdirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik təmin edilib. Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir. Əlbəttə, biz dünyada gedən prosesləri izləyirik. Biz bu proseslərə biganə qala bilmərik. Çünki həm Avropada, həm bizim regionumuzda, Yaxın Şərqdə gedən proseslər narahatlıq doğurur.
Ölkə başçısının fikirlərini müsbət dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov "Sherg.az"a söyləyib ki, uzun illərdir ölkəmizadə sabitlik və əmin-amanlıq hökm sürür. Azərbaycan dünyada sabitlik adası kimi tanınır:

"Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliyimizi şərtləndirir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır”.
Deputat hesab edir ki, Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil onun məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir:
"Buna müstəqil siyasət deyirlər. Azərbaycan Prezidenti bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınıb və böyük nüfuz sahibi olub. Müstəqil siyasət həyata keçirmək olduqca çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyini nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydə önəmli olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin başçısı çətin, lakin şərəfli yolu seçib. Bu yol bizə ulu öndər Heydər Əliyevdən miras qalıb. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olur. Məhz bu yol yeganə düzgün yoldur. Məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır”.
E.Nəsirov onu da əlavə edib ki, Azərbaycanın beynəlxalq mövqeləri kifayət qədər güclüdür, ölkəmizə etibarlı tərəfdaş kimi yanaşılıq, respublikamızın bütün beynəlxalq təşkilatlarla əlaqələri dinamik inkişaf tempinə malikdir:
"Prezident çox intensiv və çevik xarici siyasət kursu həyata keçirir. Bütövlükdə dövlət başçısı İlham Əliyevin qazandığı nailiyyətlərin kökündə dayanan əsas amil odur ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət kursuna sadiqdir. Yeganə həllini tapmayan məsələ Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır ki, cənab Prezidentin səyləri sayəsində dünyanın əksər təşkilatları münaqişənin həlli ilə bağlı ərazi bütövlüyü prinsipini əsas prinsip kimi qəbul edib. Bütün bunlar bir daha onu göstərir ki, Prezidentin həyata keçirdiyi siyasət xalqın mənafeyindən irəli gəlir".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya