Şagirdlərin qəniminə 82 il 6 ay cəza verildi

Qız şagirdlərinə cinsi istismarda suçlanan müəllim haqqında qərar çıxarıldı
İzmirin Menderes qəsəbəsində 3 il əvvəl, yaşları 6 və 11 arasında dəyişən 6 qız şagirdinə "porno film izlətdiyi”' və təcavüzdə günahlandırılaraq mühakimə olunan təqaüdçü müəllim Adil Şahintürk, 82 il 6 ay həbs cəzasına məhkum edilib. İddianı ictimaiyyətin gündəminə daşıyan müəllim Səadət Özkan , "Bu gün verilən bu qərarla vicdanlar rahatladı" deyib.
Türk mediası xəbər verir ki, məhkəmə sonrasında qərar alqışlarla qeyd olundu. Ədliyyənin həyətində açıqlama verən Səadət müəllimə "Bu gün verilən bu qərarla vicdanlar rahatladı. Hadisənin üzərindən 4 il keçir. Bir körpə doğulsa 4 yaşında olacaqdı. Məktəblərdə cinsi istismar nisbəti yüzdə 73 faizdir. Müəllimlərimizdən xahişim odur ki, belə cinayyətləri ortaya çıxarmaqdan qorxmasınlar. Mənim uşaqlarım çox acı çəkdi. Sonunda günahkar cəzasını aldı. Çox xoşbəxtik. Başından bu yana bizimlə olan analara təşəkkür edirəm" deyib.