Sahibi heyvana borcludur

Pişikləri onu xərçəngdən qurtardı



"Daily Mail”in xəbərinə görə 55 yaşlı ingilis Stephanie Doody pişiklərinin xərçəngini iyləyərək tapdığını və həyatını qurtardığını açıqladı.

İngilis qadın xəstəliyin heç bir əlamətinin olmadığını, ancaq pişiklərinin davamlı ətrafında dolanaraq qarınını dürtməsindən şübhələndiyini və həkimə getdiyini ifadə etdi. Həkimin araşdırmalar sonrasında qadının apandistində çox nadir bilinən və ümumiyyətlə xəstəlik irəliləyənə qədər heç bir əlamət göstərməyən bir şiş olduğunu ortaya çıxardı. Həkimin dərhal əməliyyata aldığı Doody, indi yaxşılaşıb və pişiklərinə həyatına görə borclu olduğunu söyləyir.
"Fevral 2014-cü ildə pişiklərim bir problem olduğunu fərq etdi. Davamlı arxamda dolanırlar və qarınımı yüngülcə dürtən hərəkətlər edirdilər.
6 ay sonra kilo itkisi və kiçik bir kütlənin varlığını hiss etdikdən sonra həkimə getdiyimdə yumurtalıq xərçəngi olduğunu düşünürdüm. Ancaq əsl problemin apandistimdə olduğu aydın oldu” dedi.

Heyvanlar xərçəngə diaqnoz qoya bilərmi?

İngiltərədə itlər üzərində aparılan xüsusi araşdırmalar və təhlillər nəticəsində 12 itin sidik və nəfəs nümunələrinə baxaraq xərçəngi diaqnoz edə bildikləri müşahidə edilmişdi. Mütəxəssislər xərçəngli hüceyrələrin bəzi orqanik komponentlərdə dəyişikliklərə səbəb olduğunu və itlərin bu dəyişiklikləri fərq edə bildiklərini açıqlayır. İnsanlar 5 milyon qoxunu qəbul etdiyi halda itlərdə bu ədəd 300 milyondur.