Sahibkarlığın inkişafı diqqət mərkəzində olacaq
20:32 13.07.2016
Arxiv
545
“Bu proses həm əhalinin işlə təminatını sürətləndirəcək, həm yerlərdə insanların maddi rifahının yaxşılaşmasına kömək edəcək”
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında sahibkarlığın inkişafından və həyata keçirilən mühüm biznes layihələrindən danışıb. Dövlətin sahibkarlığın inkişafına bundan sonra da öz dəstəyini verəcəyini deyən Prezident bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verildiyini vurğulayıb:
"Bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib. Bu çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Kreditlərin 74 faizi regionlara verilir və bununla regional inkişaf proqramının icrası sürətlə davam etdirilir”. Dövlət başçısı vurğulayıb ki, indi çox güclü qeyri-neft ixracı potensialı yaradılır: "Biz ixracı stimullaşdırırıq ki, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar. Bu məqsədlə təşviq mexanizmi tətbiq olunur”. Prezident bildirib ki, iri layihələr arasında "SOCAR Polymer” xüsusi yer tutur. Bura təxminən 700 milyon dollar həcmində investisiya yatırılıb. Ölkə başçısı vurğulayıb ki, 2 ildən sonra bu müəssisə hazır məhsul istehsal edəcək: "Bununla da, idxaldan asılılıq tamamilə aradan qaldırılacaq və böyük ixrac potensialı yaranacaq. Bu, birinci mərhələ olmalıdır. Layihəyə özəl sektor da qoşulmalı və hazır məhsul istehsalına başlanmalıdır. Çünki o xammalın istehsalı böyük imkanlar yaradır. Bu zavoddan faydalanan özəl sektor çox çevik siyasət aparmalıdır. Tezliklə, dövlətin dəstəyi ilə bir çox kiçik və orta müəssisələr yaranmalıdır və onlar hazır məhsulu ölkədə istehsal etməlidir”. Millət vəkili Tahir Rzayev deyib ki, Prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafını daim diqqətdə saxlayıb. Onun sözlərinə görə, dövlət başçısının bu istiqamətdə atdığı addımların məqsədi ölkənin neft sektorundan asılılığını azaltmaq, qeyri-neft sektorunun inkişafını gücləndirməkdir: "Bu inkişaf davam etdirilməlidir. Bu gün kənd təsərrüfatı və sahibkarlığın inkişafı paralel aparılır. Nəticədə sahibkarlığın inkişafı kənd təsərrüfatı mallarının istehsalının və ixracının artmasına gətirib çıxarır. Bu proses həm əhalinin işlə təminatını sürətləndirəcək, həm yerlərdə insanların maddi rifahının yaxşılaşmasına kömək edəcək. Dövlət başçısının bu addımı yerlərdə inkişafa bir stimuldur. Bu addım bölgələrdə sahibkarlıqla məşğul olanların Bakıya axınının qarşısını alır. Sahibkarlara yardım etmək lazımdır ki, regionlarda sahibkarlıq inkişaf etsin”. Millət vəkili deyib ki, sahibkarlara ayrılan vəsaitlər yerlərdə təyinatı üzrə istifadə olunmalı, sahibkarlıq maksimum inkişaf etdirilməlidir: "Sahibkarlığın inkişafı vacibdir və bu, gəlir gətirən sahədir. Artıq taxıl biçini başa çatıb, bir neçə gündən sonra pambıq yığımı başlanacaq. Buna görə də ayrılan vəsaitlər səmərəli istifadə olunmalıdır. Bu gün ölkədə heyvandarlğın inkişafı ilə bağlı böyük tədbirlər görülür. Xaricdən cins inəklər gətirilir, başqa işlər görülür ki, orta sahibkarlıq inkişaf etdirilsin. Dövlət başçısının da məqsədi budur. Bu addım da ölkədə çox müsbət nəticəsini verəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm