Sakit ölkə sayılan Yaponiya şokda: 26 yaşlı cani 19 əlil insanı yatarkən öldürdü

Yaponiyada dünən ölkəni şoka salan 26 yaşlı cani 19 əlil insanı yuxulayərkən öldürdükdən sonra kameralara gülərək poza verdi.
Satoshi Uematsu adında cani dünən Yaponiyada keçmiş iş yerində qətl törətdi. 19 əlili yatarkən öldürən, 26 nəfəri də yaralayan Uematsu sakit bir ölkə olaraq xatırlanan Yaponiyada qorxu saldı. Belə ki, qətl hadisəsi ölkənin ən qanlı hücumlarından biri olaraq tarixə keçdi.
Hücumun gecə 02.30 radələrində reallaşdığı, bu zaman insanların yuxuda olması səbəbiylə ölü sayının çox olduğu ifadə edildi. Hadisədən sonra polisə gedərək təslim olan təcavüzkarın 26 yaşlı Satoshi Uematsu olduğu məlum olub. Təcavüzkar əvvəl əlillərin məskunlaşdığı evdə çalışırdı. Yerli media, Uematsunun polis bölməsindəki sorğusunda ‘Bu dünyadan əlilləri təmizləmək istəyirəm' dediyini irəli sürdü. Polis, Uematsunun, fevral ayında bəzi siyasətçilərə göndərdiyi məktubunda ‘yüzlərlə əlili öldürəcəyi' təhdidində bulunduğunu söylədi. Bir ruhi-əsəb xəstəxanasında müalicə alan Uematsunun iki həftə əvvəl xəstəxanadan buraxıldığı bildirilir.
Uematsunun polisin müşaiyəti ilə  aparılarkən gülərək poza verməsi daha böyük reaksiyaya səbəb olub.