Sarıqamış şəhidləri: Türkiyədə onları belə andılar
13:20 06.01.2019
Arxiv
488
Türkiyənin bütün bölgələrində Sarıqamış hərəkatının 104-cü ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub. Əskişəhər, Trabzon, Şanlıurfa, Şırnak, Edirnə və digər şəhərlərdə Sarıqamış şəhidlərinin xatirəsinə ehtiram olaraq anım tədbirləri keçirilib. Ayrı-ayrı şəhərlərdən insanlar dəstə-dəstə Sarıqamışa axışıblar.
AZƏRTAC xəbər verir ki, ən böyük tədbir Qars vilayətinin Sarıqamış rayonunda keçirilib. Daxili işlər naziri Süleyman Soylu, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, sənaye və texnologiyalar naziri Mustafa Varank, millət vəkilləri və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən yürüşə 20 mindən çox insan qatılıb.
"Allahu-Əkbər” dağında təşkil olunan mərasimdə Sarıqamış şəhidlərinin ruhuna dualar oxunub.
Qeyd edək ki, Osmanlı dövləti Rusiya imperiyasının hərbi təcavüzünü dəf etmək məqsədilə 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 15-dək ölkənin şərqində Sarıqamış əməliyyatını həyata keçirib. Bölgədəki "Allahu-Əkbər” dağında şaxtalı hava şəraitində Osmanlı ordusunun çoxlu sayda hərbçisi donaraq və aclıqdan həlak olub. Türk xalqına sarsıdıcı zərbə olan bu faciə Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri kimi qəbul edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual