Sarkisyan müharibədən çox ehtiyatlanır
07:41 26.10.2017
Arxiv
799
Düşmənin hiylədən başqa yolu qalmayıb
Ermənistan prezidenti Serj Sarkisyan hazırkı mərhələdə Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək niyyətində olmadığını deyib. Erməni rəhbər bildirib ki, onların savaşı başlatmaq məqsədləri yoxdur:
"Münaqişənin hərbi yolla həllini istəmirik. Amma bir əllə atəş açıb, digəri ilə danışıqlar aparmaq mümkün deyil. Biz ya danışıqlar aparmalı, ya da atəş açmalıyıq. Ermənistan hər iki varianta hazırdır”. Sarkisyan Cenevrə görüşündən dərhal sonra ictimaiyyətə verdiyi təxribatçı açıqlamaya bu cür bəraət qazandırıb: "Səmimi deyirəm, Cenevrədəki danışıqların ardından Azərbaycan tərəfinin, guya oradakı hansısa razılıqları pozduğum barədə məqamı qəzəblə vurğulamağa çalışması məni təəccübləndirdi.
Bu qəribədir və mən Azərbaycan Prezidenti İlham Əliyevlə növbəti görüşümüzü gözləyirəm. O zaman həmkarımdan soruşacam ki, qarşı tərəfdə bu qəzəb haradan doğub?”.
Sarkisyanın əvvəlkindən fərqli açıqlamasını "Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Cenevrədə prezidentlərin görüşündən sonra Sarkisyanın verdiyi məlum açıqlamalar danışıqlar prosesini sabotaj etmək, növbəti görüşlər üçün heç bir şans buraxmamaq məqsədi güdürdü:
"Sarkisyan birmənalı qeyd edirdi ki, Qarabağ Azərbaycanın hüdudlarından kənarda olmalıdır. Təbii ki, bu ifadələrdən sonra Ermənistanla danışıqların aparılması qeyri-məqbuldur. Sarkisyanın davakar və kompromizsiz açıqlamaları regionda yenidən müharibənin başlanması üçün əsas katalizator rolunu oynayır”.
Siyasi şərhçi bəyan edib ki, Azərbaycanın kəskin mövqeyi, hərbi qüdrəti və rəsmi Bakıdan verilən sərt mesajlar Sarkisyanın mövqeyində dəyişikliklərə səbəb olub: "Sarkisyan heç bir danışıqları pozmadığını, razılaşmaya sadiq qaldığını iddia edir. Məncə, bu yanaşma növbəti erməni hiyləgərliyinin bariz nümunəsidir. Sarkisyan yenidən Prezident İlham Əliyevlə görüşməsini dilə gətirməklə, mümkün cəbhədə təzyiqlərdən yayınmaq niyyətindədir. Guya danışıqlara sadiq olduğunu göstərir. Hesab edirəm ki, Ermənistan prezidenti növbəti danışıqlar üçün mesaj vermiş oldu. Bunu Azərbaycanın düşmən üzərində psixoloji qələbəsi saymaq olar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya