Saxta xəbər yayan şəxs saxlanılıb


Krımın Oktyabrskoye kəndində bir məktəbin partladılacağı barədə saxta məlumat yayan şəxs polis tərəfindən saxlanılıb. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. Saxlanılan şəxs əməlini etiraf edib.. O, bildirib ki, bununla hüquq-mühafizə orqanlarının nə qədər səmərəli çalışdığını yoxlamaq istəyirmiş.