"Seçilmiş sosial mənzilin elektron imza ilə təsdiqində problemlər yaranıb"





"Sosial mənzillər Azərbaycan vətəndaşları üçün vacib layihədir”

"Sherg.az” xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Ekspert diqqətə çatdırıb ki,satışa çıxarılan 260 mənzilin təklif olunduğu ilk mərhələdə tələbin yüksək olacağı əvvəlcədən məlum idi:

"Gözlənildiyi kimi, 8 minə yaxın vətəndaş 260 mənzili daha tez seçməyə çalışdı. İlk günün nəticələri göstərdi ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prosesə hazırdır.Amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öncədən proqnozlaşdırılan yüksək sifariş dalğasına hazır olmadı. Nəticədə, elektron sistemdə fasilələr oldu. Seçilmiş mənzilin elektron imza ilə təsdiq olunmasında problemlər yarandı. 

Halbuki, mayın 7-si saat 10.00-da elektron sistemdə yüksək sifarişin olacağı əvvəldən gözlənilən olduğundan bu sistem öncədən test edilməli idi. 

Sosial mənzillər Azərbaycan vətəndaşları üçün vacib layihə olduğundan bütün mərhələlərdə, xüsusən də ilkin satışda prosesin məsuliyyətli idarəedilməsi çox vacibdir. 

Mayın 7-də sosial mənzilləri seçən, amma sistemdəki fasilələr səbəbindən onu öz elektron imzaları ilə təsdiq edə bilməyənlərə əlavə zamanın verilməlidir. Onların seçiminin tanınmasına ehtiyac var. Bütün hallarda, birinci mərhələdə seçim etmiş vətəndaşlarımızın evlə təmin olnmasına birmənalı şəkildə imkan yaradılmalıdır. 

Yasamaldakı kompleksdə daha 1600-dən artıq mənzilin növbəti aylarda satışa çıxarılacaq. Bunu nəzərə alaraq elektron sistemin təkmil hala gətirilməsi istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac var".

Kənan