Səfərbərlik Xidmətində milli mətbuat günü qeyd olunub
12:35 20.07.2018
Arxiv
488
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan milli mətbuatının 143-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
"Sherg.az" xəbər verir ki, tədbirdə çıxış edən Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev media nümayəndələrini təbrik edərək, milli mətbuatın keçdiyi inkişaf mərhələlərindən danışıb.
Z.Abdullayev bildirib ki, Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas məqsədlərindən biridir.
Z.Abdullayev Ulu Öndər Heydər Əliyevin reallaşdırdığı islahatlar nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst inkişafına əlverişli şəraitin yaradıldığını qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən jurnalistlərin sosial və digər problemlərinin həlli istiqamətində ardıcıl layihələr həyata keçirilir.
Z.Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə mətbuat orqanları arasında daimi əməkdaşlıq münasibətlərinin formalaşdığını və uğurla davam etdiyini vurğulayaraq, mətbuat nümayəndələrinə müstəqil Azərbaycanımızın inkişafı naminə şərəfli və çətin fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.
Tədbirin sonunda Xidmətlə yaxından əməkdaşlıq edən jurnalistlərə "Hərbi vətənpərvərliyin təbliğində xidmətlərinə görə” diplom və qiymətli hədiyyələr təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə