Səfirlik: "Türkiyədə hərbi çevrilişə cəhd zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”





 "Mövcud məlumatlara əsasən, Türkiyədə hərbi çevrilişə cəhd zamanı ölən və ya xəsarət alan vətəndaşlar arasında Azərbaycan vətəndaşı yoxdur".
Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Səfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarını daha diqqətli olmağa çağırıb: "Hazrıda yeganıə tövsiyəmiz ondan ibarətdir ki, vəziyyət tam stabilləşənədək vətəndaşlarımız ictimai yerlərdə daha diqqətli olsunlar”.
Səfirliyin gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirdiyi qeyd edilib.