
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
19:44 24.05.2019
Arxiv
988
Mayın 24-də IDEA İctimai Birliyinin "Şəhər ekologiyası” layihəsi çərçivəsində ADA Universitetinin kampusunda mövcud olan yaşıllıq sahəsinə sincablar buraxılıb. "Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib.
Sincablar üçün əlverişli yaşam şəraitinin olduğu kampus ərazisinə ilkin olaraq 25 sincab buraxılıb.
Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Sincabların məhz bu əraziyə buraxılmasında digər məqsəd onların şam ağaclarının çoxluq təşkil etdiyi yeni Zooloji Parkın ərazisinə və Dədə Qorqud Parkına keçərək təbii şəkildə çoxalmasıdır.
Məlum olduğu kimi, vəhşi təbiətin qorunub saxlanılması üzrə çoxşaxəli səylərlə yanaşı, Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi istiqamətində də geniş tədbirlər həyata keçirilir. Bu xüsusda, Bakıda fəaliyyəti küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı Mərkəzi yaradılıb, şəhərboyu pişiklər üçün xüsusi evciklər qurulur, IDEA quş yuvaları asılır və digər bir sıra işlər aparılır. "Şəhər ekologiyası” layihəsi Bakı və onun ətrafındakı ictimai yerlərin şəhər mühitində rahat yaşayıb çoxala bilən heyvan və quş növləri ilə zənginləşdirilməsi, eləcə də bu növlərin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan insanlarla ətraf mühit arasında ahəngin yaradılmasından, daha sıx və daha sağlam əlaqənin möhkəmləndirilməsindən ibarətdir.
Keçmişdə Bakı şəhəri ərazisində çoxsaylı sincab və tutuquşular məskunlaşıb və onlar parklarda, yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıb. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdı. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb. Layihə çərçivəsində kampusun ərazisinə buraxılan sincabların şam ağaclarının çoxluq təşkil etdiyi Dədə Qorqud Parkına və yeni Zooloji Parkın ərazisinə də keçərək təbii şəkildə çoxalacaq.
IDEA İctimai Birliyi hər kəsi şəhər mühitində yaşaya bilən fauna növlərimizin sayını bərpa etmək prosesinə dəstək verməyə, heyvanlara qarşı qayğıkeş olmağa, onlara yeni yaşam mühitinə adaptasiya dövründə həssaslıqla yanaşmağa çağırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial