Şəhid jurnalistlərin xatirəsinə müsabiqə elan olunub
14:12 13.09.2021
Arxiv
464
"MediaTürk TV" şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə türkdilli dövlətlərin jurnalistləri arasında “Qırmızı Mürəkkəb” TV jurnalistika müsabiqəsi elan edib.
"Report"un məlumatına görə, müsabiqə iki nominasiyada - ən yaxşı telereportaj və ən yaxşı sənədli televiziya filmi nominasiyalarında keçirilir.
Süjet və sənədli televiziya filmlərinin məzmunu işğal, müharibə, münaqişə və təbii fəlakətlərin acı nəticələri, onların meydana çıxardığı insan faciələrini əhatə etməlidir. Müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan televiziya və online TV jurnalistləri iştirak edə bilər.
Müsabiqədə iştirak etmək üçün süjet və sənədli filmlər MP4 (H264 – 1920 x 1080) formatında wetransfer.com vasitəsilə info@mediaturk.tv ünvanına göndərilməlidir. İştirakçılar 2021-ci il yanvarın 1-dən 2021-ci il oktyabrın 30-na qədər yayımlanmış süjet və sənədli filmlərini müsabiqəyə təqdim edə bilərlər.
Sənəd qəbulu oktyabrın 30-də başa çatacaq.
İştirakçıların müraciət üçün nəzərdə tutulan elektron məktub formasında aşağıdakılar qeyd olunmalıdır:
Adı, Soyad, Ata adı;
Çalışdığı media orqanı;
Müraciət etdiyi nominasiya;
İş ünvanı;
İş telefonu;
Mobil telefon (WhatsApp və ya Telegram olan);
E-mail ünvanı
info@mediaturk.tv ünvanına göndərilməlidir.
Müsabiqədə hər nominasiya üçün 3 yer və 3 mükafat nəzərdə tutulub:
I Yer – 2 000 manat
II Yer – 1 000 manat
III Yer – 700 manat
Müsabiqə ilə bağlı əlavə suallar və müraciət üçün qeyd edilən əlaqə vasitələrindən istifadə etmək olar:
Tel: (+ 994 12 497 87 42); (+ 994 50) 999 66 56
E-mail: info@mediaturk.tv
Qeyd edək ki, müsabiqənin qalibləri 8 Noyabr - Zəfər Günü elan olunacaq.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən AZƏRTAC-ın əməkdaşı M.İbrahimov və AzTV-nin operatoru S.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində ermənilərin basdırdığı tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya