Şəhidin 5 yaşlı oğulu gözyaşına boğuldu

Anatalyada ərazinin təmizlənməsi zamanı başından vurulan atəş nəticəsində şəhid olan 28 yaşlı çavuş Fazıl Doğruöz üçün mərasim təşkil edilib. Şəhidin oğulu 5 yaşlı Furqan, atasının tabutuna sarılaraq gözyaşına boğulub.
 Mərasimə şəhidin Niğdedə məskunlaşan anası Fadime Doğruöz, İzmirdə məskunlaşan həyat yoldaşı Ebru Doğruöz, oğulu 5 yaşlı Furqan Doğruözlə bərabər Qubernator Münir Karaloğlu, qarnizon komandiri polkovnik Tahir Sovaran, Böyükşəhər Bələdiyyə Başçısı Menderes Türel, Antaliya protokolunun digər üzvləri ilə yanaşı, şəhidin birlikdə vəzifə yerinə yetirdiyi komando əsgərlər qatılıb.
Mərasimdə müfti Osman Artan dua oxuyarkən, bəzi qadınlar şəhidin gəlişi zamanı əsgər salamı verdi. Müftinin duasından sonra şəhidin ailəsi tabutun başına gələrək ağı deyiblər. Şəhidin oğulu Furqan da gözyaşlarını saxlaya bilməyib. Mərasimdən sonra şəhidin cənazəsi birlikdə vəzifə yerinə yetirdiyi komanda yoldaşlarının çiyinlərində hərbi avtomobilə qoyulub. Şəhidin həyat yoldaşı da bu zaman Fazıl Doğruözün şəkilini qucaqladı. 
Şəhid  Doğruöz, bu gün Niğdedə təşkil ediləcək mərasimlə torpağa tapşırlacaq.