Şerbakovun atası Orxan Zeynalovdan 5 milyon rubl istəyir
09:46 30.06.2014
Arxiv
403
Bu gün Moskva şəhər Məhkəməsində Bryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəməsi keçiriləcək. Lent.az-ın modern.az-a istinadən verdiyi xəbərə görə, artıq məhkəmə binasının ətrafında xüsusi təhlükəsizlik tədbirləri görülüb.
Bundan əvvəl keçirilən hazırlıq iclasında Orxan Zeynalov barəsindəki həbs qətimkan tədbirinin müddəti 6 ay uzadılıb. İyunun 19-da keçirilən hazırlıq iclasında isə məlum olmuşdu ki, Yeqor Şerbakovun atası oğlunun ölümünə görə mənəvi zərər kimi Orxan Zeynalovdan 5 milyon rubl təzminat tələb edir.
İstintaqın versiyasına görə 2013-cü il oktyabrın 10-da sərxoş vəziyyətdə olan Orxan Zeynalov əhəmiyyətsiz səbəbi bəhanə edərək 25 yaşlı Moskva sakini Yeqor Şerbakovu bıçaqla qətlə yetirib.
İstintaqla müəyyən olunub ki, bıçaq yaralarından başqa Orxan Zeynalov əlləri ilə Y. Şerbakova azı 20 dəfə zərbə endirib.
Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət
Tramp: İran mediasının saziş layihəsinə dair yaydığı xəbər yalandır
19:25 12.06.2026
Dünya