Sərt karantinlə bağlı açıqlama - Aprelin 5-dən sonra...
07:31 31.03.2021
Arxiv
822
Azərbaycanda yoluxanların və ölənlərin sayı artan dinamika ilə davam edir. Elə bu səbəbdən də yenidən qapadılmaların olacağı ilə bağlı fikirlər səsləndirilir. Hətta aprelin 5-dən sonra restoranların, gözəlik salonlarının və geyim mağazalarının yenidən bağlanacağı da iddia edilir. Bəs bu iddialar nə dərəcədə həqiqəti əks etdirir?
"Sherg.az"ın məlumatına görə, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, Azərbaycanda son dövrlərin yoluxanların və ölənlərin sayının kəskin narahatedici məqamdır:
"Reanimasiyalarda ağır xəstələrin sayı durmadan artmaqdadır. Əgər sərt tədbirlər görülməsə yoluxanların və ölənlərin sayı artma dinamikası davam edəcək. Bilirsiniz ki, artıq ölkəmizdə Britaniya ştammına yoluxanlar da var. Koronavirusun bu növü daha tez yoluxuculuq qabiliyyətinə malikdir.
Qaldı ki, karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Operativ Qərargah epidemioloji vəziyyəti analiz edərək karantin rejimi ilə bağlı düzgün qərarı qəbul edəcək.
Düşünürəm ki, birinci və ikinci dalğada olduğu kimi yoluxma sayını artmasına səbəb olacaq müəssisələr yenidən qapadıla bilər. Hətta "evdə qal" karantini və "sms icazə" sisteminin geri qayıtması qaçılmaz olacaq. Aprelin 5-nə kimi yoluxma dinamikası bu cür artma dinamikası ilə davam edərsə, gözəlik salonları, restoranlar və xırda ticarət mərkəzləri yenidən bağlanıla bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya