Sevgini göstərən ailə: Bütün məşhurlardan fərqli olaraq Brüs Lii cəmi bir dəfə evlənmişdi

Döyüş filmlərində sərt, lakin bir o qədər də ədalətli obrazlarıyla, ustası olduğu döyüş sənətləriylə, düşüncələriylə hər kəsin sevimlisi olan Brüs  Lii  həm də ailəsinə çox bağlı olan həyat yoldaşı və ata idi. Onun sərtliyinin arxasında böyük sevgi və qayğı dayanmışdı.
Həyat yoldaşı Linda Emerli ilə mühazirələrindən birində tanış olmuş və gənc qız elə ilk görüşdən bu yaraşıqlı çinliyə vurulmuşdu. Onun verdiyi mühazirələrin hər birində iştirak etməyə çalışan Lindanı bir gün Brüs restorana dəvət edir. Münasibətləri də bundan sonra başladı və illərlə davam etdi. Sonralar onlar bunun ilk baxışdan məhəbbət olduğunu deyirdilər (pahoo.az). Brüs Lindanı ilk görüşdə göydən enən mələyə bənzətmişdi, Lindanı isə ən çox Brüsun eleqant geyim tərzi cəlb etmişdi.
Lindanın ailəsi onun çinli ilə evlənməsinə qəti qarşı çıxırdı. Lakin bu hal onları bir-birindən ayırmadı. Tam əksinə, bu qadağa onların ehtiras və sevgisini daha da alovlandırdı. Cütlük tezliklə evlənir və qızın ailəsindən uzaqda bir ev alır. 1965-ci ildə onların ilk uşaqları – Brandon Lii dünyaya gəlir. Aktyor zarafatla deyirdi ki, onun oğlu Kaliforniyada yeganə ağdərili və mavigözlü çinlidir. Onun atasıyla oxşarlığı inanılmaz dərəcədə idi. Brüs oğluna 3 yaşından kunq-fu öyrətməyə başlamışdı. Brandon artıq 5 yaşı olanda döyüş sənətinin bir çox sirrindən xəbərdar idi və peşəkar hərəkətlər etməyi bacarırdı. Daha sonra onların Shannon adında qızları da dünyaya gəldi.
Bir çox incəsənət insanlarından fərqli olaraq Brüs cəmi bir dəfə evlənmişdi. Lindayla onlar Brüse vəfat edən günə qədər – düz 9 il birlikdə həyatı bölüşdülər. Brüse jurnalistlərə bu haqda danışanda demişdi ki, xoşbəxt ailənin sirri güzəştə getməyi bacarmaqdadır.