"Sevil Massivi"nin vəzifəli şəxslərinə HÖKM OXUNDU
08:16 11.07.2017
Arxiv
436
"Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Aynur Zeynalov 9 il, Zabit Çələbiyev və Elmin İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilənlər Mirnemət Miradıyevin və Səbinə Əliyevanın barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Məlum olub ki, təqsirləndirilən şəxslər 19 milyon manatdan 10 milyon 500 min manatı ödəyiblər.
Xatırladaq ki, prokuror Aynur Zeynalovun 15 il, Zabit Çələbiyevin 13 il, Elçin İsmayılovun 13 il, Mirnemət Miradıyevin 10 il, Səbinə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, "Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən, Vergilər Nazirliyində başlanmış cinayət işinə görə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələri sübuta yetirilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Avropa Azərbaycanın qapısını döyür” - Orxan Yolçuyev (MÜSAHİBƏ)
18:36 16.03.2026
Müsahibə
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət