Şirməmməd Hüseynov xəstəxanadan evə buraxılıb, istirahətdədir

Əməkdar jurnalist, "Şərəf" ordenli Şirməmməd Hüseynovun səhhətində problem yaranması haqda dünən xəbər saytları məlumat yaydı. Məlumatlarda bildirilirdi ki, qocaman araşdırmaçı-publisist Ş.Hüseynov vəziyyəti ilə əlaqədar Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Ş.Hüseynovun həyat yoldaşı Ülkər xanım aznews.az –a faktı təsdiqləmişdi və qeyd etmişdi ki, Şirməmməd müəllimin 3 gün öncə vəziyyəti qəfil pisləşib və xəstəxanaya yerləşdirilib: «Hazırda müalicə olunur. Vəziyyəti normaldır».
Ş.Hüseynovun səhhəti ilə bağlı məlumat almaq üçün dünən yaxınları ilə əlaqə saxladıq. Ailə üzvlərindən biri «Şərq»ə bildirdi ki, Şirməmməd müəllimin səhhətində ciddi bir problem yoxdur: «Xəstəxanaya yerləşdirmə sadəcə, müayinə məqsədi daşıyırdı. Artıq yaxşıdır, evə buraxılıb, istirahətdədir».
Məlahət